Yuxarı

Baytarlıq Xidməti ətləri müsadirə etdi - Sahibkarlar narazıdır

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları paytaxtda ''Təzə bazar''da reyd keçirərək, 445 kiloqram əti müsadirə ediblər. Bu hal isə sahibkarların narazılığına səbəb olub. Onlar satdıqları ətin lazımi yoxlamalardan keçirildiyini və ətlərin əsassız şəkildə müsadirə edildiyini bildirirlər.

Xəzər xəbər məlumat verir ki, səhər tezdən bazara gələn müfəttişlər 445 kiloqram əti antisanitar vəziyyətdə satıldığı və tərkibinə dair şübhələr olduğunu əsas gətirərək müsadirə ediblər. Paytaxtda "Təzə Bazar"dakı ət satışı məntəqəsində keçirilən bu reyd isə qəssabların narazılığına səbəb olub.

"Təzə bazar"ın daxilində fəaliyyət göstərən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 5 saylı Baytarlıq-ekpertiza laboratoriyasının aparıcı həkimi də reyddə müsadirə edilən ətlərin yoxlanışdan keçdiyini təsdiqləyir.

Bazar rəhbərliyi isə belə reydlərin tez-tez keçirildiyini, hətta sonuncu reyd zamanı sahibkarlara 3 min manatdan çox ziyan dəydiyini deyib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sözçüsü Yolçu Xanvəli a açıqlamasında bildirdi ki, sözügedən bazarda reyd daxil olan məlumat əsasında keçirilib və gizli, antisanitar şəraitdə fəaliyyət göstərən, əti sümükdən ayıran sex aşkar edilib. Yoxlama zamanı isə qəssablar tərəfindən əti yoxlanışdan keçdiyini göstərən sənədlər təqdim olunmadığından ətlər müsadirə edilib və yanvarın 9-da laboratoriyanın cavabı məlum olacaq.

Tarix
2017.01.07 / 21:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla