Yuxarı

Rzayev AŞPA nümayəndələrinə məhkəmə sistemindən danışdı

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 13-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Predanın və Stefan Şennakın rəhbərlik etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşüb.

Ali Məhkəmənin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə Ramiz Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara məlumat verib. Bildirib ki, ölkəmizdə beynəlxalq hüquqi aktların, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının tətbiqinə, məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinə və tətbiqinə xüsusi əhəmiyyət verilir. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ayrıca təlimlər, Ali Məhkəmədə daimi fəaliyyət göstərən həftəlik xüsusi seminarlar, Ali Məhkəmənin hakimləri və aparat işçilərinin təşkilatçılığı və iştirakı ilə Bakıda və regionlarda seminarlar keçirilir. O cümlədən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələrin, regionlarda yeni apellyasiya, inzibati-iqtisadi, ağır cinayətlər və hərbi məhkəmələrin yaradılması, hakimlərin ştat sayının iki dəfə artırılması, məhkəmə aparatlarının strukturunun təkmilləşdirilməsi diqqətə çatdırıb. R.Rzayev məhkəmə infrastrukturunun müasirləşdirilməsi məqsədilə məhkəmələr üçün yeni, müasir binaların istifadəyə verilməsini, “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasını, ədalət mühakiməsinin təkmilləşdirilməsi məqsədilə Ali Məhkəmə tərəfindən mütəmadi məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və bunun nəticəsi olaraq Ali Məhkəmənin Plenumu tərəfindən müvafiq qərarların qəbul edilməsini vurğulayıb.

AŞPA-nın Monitorinq Komitəsinin üzvləri Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərib, Ali Məhkəmənin Plenumunun qəbul etdiyi müxtəlif qərarların məhkəmə təcrübəsinin təkmilləşdirilməsində əhəmiyyətini yüksək dəyərləndiriblər. Qonaqlar Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu münasibətlərin bundan sonra da davam etdiriləcəyini bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2017.01.13 / 21:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla