Yuxarı

Repetitorlara ehtiyac olmayacaq - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ildir ki, 182 pilot məktəbdə təhsil təmayüllər üzrə təşkil olunur.

Xəzər xəbər məlumat verir ki, gələn tədris ilindən isə ölkənin ümumtəhsil məktəblərində kütləvi halda bu prosesə keçiləcək.

Təmayülləşmə o deməkdir ki, 9-cu sinfi bitirərək ümumi orta təhsili başa vuran şagirdlər 10-cu sinfə istədiyi fənlər üzrə qəbul olunacaq. Belə məktəblərdə tədris şagirdlərin meyil və maraqlarına uyğun olaraq profilləşir. Belə olan halda, profilə uyğun olaraq, həmin fənlər daha dərindən tədris edilir və gələcəkdə şagirdlərin qarşılarına qoyduqları məqsədə çatmaq üçün böyük kömək olur.

Əvvəllər 10-11-ci siniflərdə daha çox fənn tədris olunurdu. Təmayüllərdə isə şagirdlərin həddən artıq yüklənməməsi üçün fənnlərin sayı bir qədər azaldılacaq. Amma təmayülün profilindən asılı olaraq, bəzi dərslər mütləq halda tədris olunacaq.

Lakin bütün məktəbləri təmayülləşdirmək də mümkün deyil. Buna görə bütün rayonlar zonalara bölünəcək. Hər zonada 3-5 məktəb var ki, onların yalnız 1-i təmayülləşəcək. Digər məktəblərdən şagirdlər təmayülləşmiş məktəbə keçə biləcəklər.

Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun baş məsləhətçisi Əhliyyət Adıgözəlov deyir ki, təmayülləşmədən sonra şagirdlərin əlavə hazırlığa və repetitor yanına getməsinə ehtiyac qalmayacaq.

Tarix
2017.01.13 / 23:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla