Yuxarı

Tikinti bazarını nə gözləyir? - Açıqlama

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda tikinti materialları bazarında vəziyyət müəyyən qədər sabitdir. Bunun da müəyyən səbəbləri var.

Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, 2016-cı il ərzində idxal tikinti materiallarının qiymətində artımlar olub:

“Bu da manatın məzənnəsində baş verən dəyişikliklərlə bağlıdır: "Ölkəyə idxal olunan taxta, dəmir və dəmir materialları, Rusiyadan, Ukraynadan gətirilən armaturlar, Çindən, Koreyadan, Finlandlyadan gətirilən dam örtükləri, eyni zamanda ayrı-ayrı ölkələrdən gətirilən bəzi materiallarda qiymət artımı müşahidə olunub”.

R.Osmanlı bildirib ki, Azərbaycanda artıq ümumi tikinti materialları portfelində yerli məhsulların payı idxal olunan məhsulları üstələyir: “Yerli məhsulların istehsalı artdıqca, tədricən bəzi idxal məhsulları rəqabətə davam gətirə bilmir və bazardan çıxır. Müşahidələr göstərir ki, alternativi idxal olunmayan əksər yerli məhsulların qiymətində ciddi artımlar yoxdur, hətta bəzi məhsullarda - mişar və ağlay daşında və s. bu cür materiallarda tələbatın azalması səbəbindən qiymət azalması baş verib. Ümumilikdə, 2016-cı il ərzində tikinti materiallarının orta qiymətində artım 16.5 faiz təşkil edib ki, bu da idxal olunan taxta, armatur kimi materialların qiymət artımı ilə bağlıdır. Bu cür materiallar orta qiymətə daha çox təsir göstərir”.

R.Osmanlı əlavə edib ki, il ərzində tikinti materalları bazarında aktivlik aşağı düşüb, materallara olan tələbat azalıb: “2014-cü ildən indiyədək tikinti materiallarına tələbatın azalması müşahidə edlib. Lakin sosial mənzillərin inşası ilə əlaqədar olaraq görülən işlər qarşıdakı aylarda tikinti materialları bazarında müəyyən qədər tələbi artıracaq”.

Tarix
2017.01.17 / 01:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla