Yuxarı

İctimai yerlərdə siqaret qadağan edilə bilər

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə Komitəsinin iclasında ictimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi ilə bağlı qanun layihəsini yaz sessiyasında müzakirəyə çıxarmağa çağırıb.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva Azərbaycanda “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” Qanunun qəbul edilməsinə ehtiyac olduğunu bildirib.

“Dünyanın əksər ölkələrində əhalinin siqaret çəkməyən hissəsini bu cür mənfi təsirdən qorumaq məqsədilə ictimai yerlərdə siqaret çəkməni qadağan edən qanunlar qəbul edilirlər”, – Qənirə Paşayeva vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva eyni zamanda 18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satışının qanunvericiliklə qadağan edilməsinə baxmayaraq, hələ də ictimai yerlərdə 18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satılmasının ciddi narahatlıq yaratdığını deyib: “Ona görə hesab edirəm ki, yerlərdə 18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəanın icrası məsələsi öz həllini tapmalı və bununla bağlı məsuliyyət də gücləndirilməlidir”.

Tarix
2017.01.18 / 22:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla