Yuxarı

Dükanlarda siqaret vitrinləri yığışdırıla bilər - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tütün məhsullarının reklamı və satışına əlavə məhdudiyyətin qoyulması təklif edilir.

Xəzər xəbər məlumat verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Milli Məclisdə müzakirə ediləcək ''Tütün istehlakının məhdudlaşdırılması haqqında'' qanun layihəsinə maraqlı təklif irəli sürülüb.

Təklif siqaretin satış nöqtələrindəki vitrinlərdə görünməməsi ilə bağlıdır.

Mərkəzin şöbə müdiri Tofiq Musayev deyir ki, tütün və tütün məhsullarının istehsalı haqqında qanunda siqaretin reklamı qadağan edilsə də, vitrinlərin reklam xarakterli olması nəzərə alınmayıb.

Vitrinlərin insanları siqaret çəkməyə təhrik etməsini statistik rəqəmlər də sübut edir.

Səhiyyə Nazirliyinin apardığı araşdırmanın nəticələrinə görə, siqaret çəkən yeniyetmələrin 64,8%-i mağazadan siqaret alır. Onların bir hissəsinin məhz vitrinlərin təsirinə düşməsi istisna olunmur.

Amma satıcılar və yeniyetmələr vitrinləri gizlətməyin siqaretə qarşı mübarizədə effektiv olacağını zənn etmirlər.

Təkliflərin qəbul edilib-edilməyəcəyi Milli Məclisdəki müzakirələrdən sonra məlum olacaq.

Tarix
2017.01.31 / 00:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla