Yuxarı

2017-ci ildə tikintilər davam etdiriləcək - "Azərsu"

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərsu” ASC 2017-ci ildə içməli su təchizatı və kanalizasiya sistemi layihələrinin tikintisini davam etdirəcək.

Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Azərtac-a açıqlamasında bildirib.

A.Cəbrayıllı bildirib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərsu” ASC-nin qarşısında bir sıra vəzifələr qoyub, layihələrin davam etdirilməsini tapşırıb. 2017-ci ildə Gədəbəy, Daşkəsən, Qobustan, Xaçmaz və Ağdaşda su və kanalizasiya şəbəkələri ilə bağlı işlərin yekunlaşdırılması, Qazax və Xırdalan şəhərlərində isə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanması nəzərdə tutulub. Xırdalan şəhərində yenidənqurma işləri hökumət payı ilə birlikdə Səudiyyə İnkişaf Fondunun kreditləri hesabına, Qazaxda isə İslam İnkişaf Bankının krediti ilə həyata keçirilməsi planlaşdırılıb.

“Eyni zamanda bu il Gəncə, Şəki, Beyləqan, Ağcabədi, Gədəbəy, Xaçmaz, Xızı, Qobustan və Naftalan şəhərlərində tullantı suların təmizlənməsi qurğularının tikintisi planlaşdırılır. “Azərsu” ASC-nin görəcəyi işlər bununla yekunlaşmır, şəhər və rayon mərkəzləri ilə yanaşı kəndlərdə də bir sıra işlər həyata keçiriləcək. Belə ki, 50-yə yaxın kənddə su təchizatı layihələri icra ediləcək. Ağsu, Lənkəran, Kürdəmir, Ucar, İmişli, Sabirabad, Salyan, Zərdab, Biləsuvar, Göyçay və eyni zamanda “Azərsu” ASC-yə daxil olan müraciətlər əsasında içməli sudan əziyyət çəkən kəndlərdə də su təchizatı layihələrinə başlanılacaq”, - deyə A.Cəbrayıllı vurğulayıb.

Həmçinin ASC rəsmisi qeyd edib ki, Prezidentin tapşırığına əsasən “Azərsu” 2017-ci ildə torpaqların suvarılması məqsədilə su xətlərinin tikintisinə başlayacaq. Bu işlərin görülməsi ilə əlaqədar olaraq dövlət büdcəsindən “Azərsu” ASC-yə vəsait ayrılıb: “Burada söhbət Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində yerləşən 20 min hektar ərazinin suvarılması üçün su xətlərinin çəkilməsi və bu ərazilərə suyun verilməsinin təmin olunmasından gedir. Bildirməliyəm ki, artıq bu istiqamətdə də işlər görülür. Belə ki, Zərdab şəhərində su xətlərinin tikinti-quraşdırma işlərinə başlanılıb”.

Tarix
2017.01.31 / 18:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla