Yuxarı

Toy böhranı: şadlıq sarayları bağlanır...

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda toy böhranı yaşanır.

Bunu həm şadlıq saraylarının əməkdaşları, həm də şou-biznes nümayəndələri, eləcə də paytaxt sakinləri təsdiq edir. Məlumdur ki, bir neçə il əvvəl yeni şadlıq sarayları artmağa başlamışdı.

Bəzi mərasim aylarını çıxmaq şərti ilə az qala hər gün şadlıq saraylarında toy olur, səs-küyü ətrafa yayılırdı. Hətta bəzən şəhər sakinləri bu cür obyektlərdən çıxan tüstüdən, səs-küylü musiqi səsindən şikayətlənirdilər. Amma son vaxtlarda bir çox şadlıq saraylarının yerləşdiyi ərazilərdə səssizlik hökm sürür. Nə çal-çağırlı toy mahnıları eşidilir, nə də bacalardan tüstü çıxır. Bəziləri bunu ölkədə yaşanan son devalvasiya, bəziləri isə ənənəvi olaraq qış mövsümündə toy sifarişlərinin az olması ilə əlaqələndirir. Məlumatlara görə, toy sifarişlərinin az olması ucbatından şadlıq evlərində çoxlu sayda işçi, o cümlədən hətta bir çox tanınmış musiqiçilər ixtisara salınıb.

“Ay işığı” şadlıq sarayının Rauf adlı əməkdaşı Yeni Müsavat-a açıqlama verərək bildirdi ki, sifarişlər demək olar ki, yox dərəcəsindədir: “Ümumiyyətlə, yanvar-fevral aylarında toylar az olur. İl ərzində yalnız 4-5 ay toy mövsümü yaxşı olur. Yalnız mart ayından başlayaraq toy sifarişlərinin sayı artmağa başlayır. Özünüz də təsəvvür edin, əgər indi toy etmək istəyirsinizsə, hava şəraiti ilə əlaqədar olaraq yollar bağlana bilər, çağırdığınız qonaqlar az gələ bilər və sairə”.

Şadlıq evinin əməkdaşı qeyd etdi ki, iqtisadi böhrana baxmayaraq, menyuların qiymətində və ya keyfiyyətində dəyişiklik edilməyib: “7-8 ilin menyusu ilə işləyirik və qiymətlərdə artım yoxdur”.

“İmperator” şadlıq sarayının administratoru isə müştərilərdən razı qaldıqlarını bildirdi: “Həm biz müştərilərdən, həm də müştərilər bizdən razıdırlar. Menyularda qiymət artımı yoxdur”.

“Monte Karlo” şadlıq sarayının isə Kənan adlı baş administratoru qeyd etdi ki, sifarişlərdə 30 faiz azalma var: “Əgər əvvəllər bir aya 28 toy sifarişi olurdusa, indi bu rəqəm 18 olub. Bildiyiniz kimi iqtisadi böhran şadlıq sferasına da təsir edib. Amma biz heç bir qiymət artımı etməmişik, halbuki bazarlarda ərzaqların qiymətləri xeyli artıb. Buna baxmayaraq biz öz reytinqimizi qoruyub saxlamaq üçün nə menyuların qiymətlərində, nə də keyfiyyətdə dəyişiklik etməmişik. Əksinə, menyunu daha da zənginləşdirib, keyfiyyətli etmişik. Doğrudur, bu büdcəmizə ziyan vursa da obyektimizin öz statusunu qoruyub saxlaması naminə çalışırıq. Yəni, tərkib olaraq yüksək keyfiyyət və yüksək xidmət öz yerində qalır. Qiymətlərdə razılaşma da olur”.

Sözsüz ki, toy böhranı şou-biznez nümayəndələrinə də böyük təsir göstərib. Müğənnilərin əksəriyyəti son ay ərzində heç bir toy sifariş almadığını bildirir.

Xalq artisti, “Toylar kralı” titulunu almış Səməd Səmədov “Yeni Müsavat”a açıqlamasında toysuzluqdan istirahət etdiyini dedi: “Hazırda ailəmlə birgə istirahət edirik, televizora baxırıq. Sifariş olmur. Bilirsiz toylar çox azalıb. Bütün ümid mart-aprel aylarınadır. Ötən ilin yanvar ayında da belə idi, çox zəifçilik idi. Düşünürəm ki, bu , camaatın kredit borcları ilə əlaqədardır. İnşallah ki, yaxşı olacaq”.

Əməkdar artist Elza Seyidcahan da toy durğunu yaşandığını bildirdi: “Hava şəraiti ilə əlaqədar olaraq yanvar-fevral aylarında, Ramazan bayramında, Məhərrəmlik və may ayında toylar bu cür az olur. Amma ötən il belə deyildi. Bu il yanvar ayı çətin oldu. Müğənnilərin toy böhranı yaşamasına daha bir səbəb isə toylarda DJ-lərin artmasıdır, canlı musiqidən artıq az istifadə edilir”.

Ekspertlər qeyd edir ki, vəziyyət bu cür davam edərsə bəzi şadlıq sarayları böhrana tab gətirməyərək fəaliyyətini dayandıra bilər.

Tarix
2017.01.31 / 23:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla