Yuxarı

Cərimələr maaşdan tutulacaq - Video

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəriməsini ödəməyən piyadalara qarşı görüləcək tədbirlər sərtləşdirilir. Bundan sonra yol hərəkəti qaydalarına riayət etməyən vətəndaşın iş yerinə, əgər qaydanı pozan tələbədirsə, təhsil aldığı universitetə sorğu göndəriləcək, cərimələr onların maaş və təqaüdlərindən tutulacaq.

Xəzər xəbər-in məlumatına görə, ödənməyən piyada cərimələri işləyənlərin maaşlarından, tələbələrin isə təqaüdündən tutulacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, yol hərəkəti qaydalarını pozan piyadaların əksəriyyəti 21-30 yaş arasında olan şəxslərdir. Onlardan cərimələri toplamaq üçün bir sıra üsullara əl atılacaq.

İşləyənlərin əməkhaqları ilə yanaşı, cəriməsini ödəməyən tələbələrin təqaüdlərindən çıxılması üçün universitetlərə müraciət ediləcək.

Cərimələrin bu üsullarla toplanılmasında məqsəd piyadalarda formalaşan arxayınçılıq düşüncələrini aradan qaldırmaqdır. Tərtib edilən protokollara görə cərimələri ödəməyən piyadaların statistikası vəziyyətin ürəkaçan olmamasından xəbər verir.

Baş verən qəzalar da piyadaların əksəriyyətinin təyin edilməyən yerlərdən keçdiklərini sübut edir. Yanvar ayının 27-dən indiyədək 6 nəfərin xəsarət alması və 2 nəfərin ölməsi ilə nəticələnən qəza baş verib. 2 nəfərin ölümü piyada vurulması ilə nəticələnən qəzada qeydə alınıb. Buna da səbəb ölən piyadaların təyin olunmayan yoldan keçməsidir.

Tarix
2017.02.02 / 00:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla