Yuxarı

Prezident göstəriş verdi: Tikinti bumu başlayır

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə inşaat sektorunun dəstəklənməsi nəticə etibarilə digər sektorlarda da inkişafın əldə edilməsi baxımından kifayət qədər təsirli olacaq.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan nitqini şərh edən iqtisadi alim Vüqar Bayramov deyib. Ekspert ölkə baçısının göstərişi ilə inşaat sektoruna yenidən ciddi diqqət ayrılmasının mühüm tərəflərindən bəhs edib:

“İnşaat sektoru 2016-cı ildə ən çox azalmaya məruz qalan sahə oldu. Ötən ildə Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, inşaat sektorunda 27 faizdən artıq azalma qeydə alındı. Bu da təbii ki, tikinti bumundan sonra bu sektordakı azalmalarla bağlı idi. Praktik olaraq tikinti bumunun başa çatması və inşaat sektorunda tələbin azalması fonunda bunun təsirləri ciddi şəkildə müşahidə olundu. Tələbin azalması fonunda isə bu sektorda durğunluq davam edir. İnşaat sektoru ona görə çox vacibdir ki, bir tərəfdən əlavə dəyər yaradır, digər tərəfdən məşğulluğun təmin edilməsi baxımıdan kifayət qədər önəmlidir. Bu gün inşaat sektorunun yenidən canlanması nəticə etibariə iqtisadiyyatın digər sahələrinə müsbət təsir göstərəcək. Prezidentin inşaat sektorunda yenidən canlanmanın yaradılmasını prioritet elan etməsi məhz bununla bağlıdır. Bu baxımdan hökumət, eləcə də beynəlxalq maliyyə qurumları 2017-ci il üçün Azərbaycanda iqtisadi artım proqnozlaşdırır. Bu kontekstdən inşaat sektorunun dəstəklənməsi və bu sahədə bir sıra addımların atılmasına ehtiyac var. Bunların sırasında xüsusilə də qeyd edilməli olan məsələlərdən biri inşaat sektorunda prosesdurların sadələşdirilməsidir. Bununla bağlı artıq ölkə baçısı tərəfindən 2016-cı ildə bir sıra sərəncamlar verilib. Bu prosedurlar nəticəsində lisenziyaların alınması kəskin şəkildə asanlaşdı. Təbii ki, Nazirlər Kabinetinin dövlət təklifini artırması çox vacibdir. Bu istiqamətdə də sözsüz ki, lisenziyalar vasitəsilə prosesə təsir etmək və inşaat sektorundakı canlanmanı təşviq etmək vacibdir”.

Tarix
2017.02.03 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla