Yuxarı

Səddamı dindirən MKİ əməkdaşından – Sensasiyalı etiraf

Ana səhifə Digər Tarix
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın hərbi müdaxiləsi ilə devrilən və sonradan edam edilən İraqın sabiq lideri Səddam Hüseynin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən dindirilməsi prosesi haqda kitab nəşr olunub.

Axar.az xəbər verir ki, kitabı Səddamı sorğu-sual edən MKİ-nin sabiq əməkdaşı Con Niksonun qələmə aldığı bildirilib.

“Prezidenti dindirmə: Səddam Hüseynin sorğu-sualı” (Debriefing The President: The Interrogation Of Saddam Hussein) adlı kitabda Nikson İraq lideri ilə apardığı söhbətləri qələmə alıb. Səddam haqqında deyilənlərin tam yanlış olduğunu bildirən kəşfiyyatçı, “Onu dinlədiyimdə bu duruma olduqca təəccübləndim”, - deyib.

Nikson tarixi proseslərin Səddamı haqlı çıxardığını vurğulayıb:

“Səddam yaxalandıqdan bir neçə gün sonra mənə “İraqı idarə edə bilməyəcəksiniz. Uğur qazana bilməyəcəksiniz. Çünki İraqı tanımırsınız. Dilini, insanını və tarixini bilmirsiniz. Yaxın zamanda İraqı idarə etmənin nə qədər çətin olduğunu görəcəksiniz”- demişdi.

Səddam mənə İraqda insanların davranışları ilə iqlim şərtləri arasında əlaqələrin olduğunu demişdi.

2004-cü ildə yaz fəslində ölkədə qanlı olayların cərəyan edəcəyini bildirmişdi. Tarix daha sonra Səddamı haqlı çıxardı. 2004-cü ilin aprel ayında ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri ilə Əl Qaidə, BƏƏS Partiyası və Mehdi Ordusu arasında atışmalar yaşandı. Həmin qarşıdurmalarda birinci tərəfin itkisi 383, digər tərəfin itkisi isə 1342 nəfər oldu”.

Nikson eyni zamanda Səddamın “İraq hökumətinin Əl Qaidə ilə bağlantıları var” iddiasını da təkzib etdiyini vurğulayıb. Səddam İraq hökumətinin 11 sentyabr hücumlarına heç bir halda dəstək vermədiyini də vurğulayıb.

Xatırladaq ki, 2003-cü ildə yaxalanan Səddam Hüseyn ABŞ-ın İraqda yaratdığı keçid hökuməti tərəfindən 1982-ci il Duceyl şiə qətliamına görə ittiham edilib və 5 noyabr 2006-cı ildə haqqında edam qərarı çıxarılıb. İraqın keçmiş rəhbəri 30 dekabr 2006-cı ildə asılaraq edam edilir.

Sözügedən kitab 29 dekabrda satışa çıxarılacaq.

Tarix
2016.12.19 / 09:00
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla