Yuxarı

Azər Paşanın Azdramı təhqir edən - Gizli səs yazısı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətov rəhbəri olduğu teatrın ünvanına təhqiramiz fikirlər səsləndirib.

Axar.az xəbər verir ki, teatr əməkdaşlarından birinin BakiPost.az-a göndərdiyi səs yazısında direktorun Azdram kimi nəhəng mədəniyyət ocağını "taxtabiti yuvası” adlandırdığı aydın eşidilir. A.Nemətov teatr əməkdaşlarından biriylə söhbəti zamanı buraya könüllü gəlmədiyini də deyib: "Azərbaycanda bilirsiniz də, onsuz da qanan, qandıran yoxdur. Ona görə rəhbərlik bilir. Məni cənab prezident bura qoymasaydı, mən bu taxtabiti yuvasında nə gəzirdim?”

Teatrdan Lent.az-a göndərilən məlumatda isə səs yazısının montaj edildiyi bildirilib: “Bu səs yazısının quraşdırılması, yayılması Akademik Milli Dram Teatrına, onun rəhbərliyinə qarşı qərəzdən irəli gəlir. İndi səs oxşatmaq, montaj etmək çətin məsələ deyil. Teatrın direktoru Azər Paşa Nemət kollektivə təqdim olunanda teatrın bütün kollektivinin ona əziz, doğma olduğunu deyib və əlavə edib ki, kollektivə hər zaman hörmət edib, bundan sonra da bu hörmət davam edəcək. Hazırda teatrımızda yeni səhnə əsərləri üzərində iş aparılır, premyeralara hazırlaşırıq. Kollektivin yaradıcı əhval-ruhiyyədə olduğu belə bir vaxtda bu cür səs yazısının quraşdırılması, montajı yaradıcı atmosferə xələl gətirməkdən başqa bir şey deyil və buna təəssüf edirik”.

Tarix
2016.12.01 / 15:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla