Yuxarı

Bu abırsızlıq, tərbiyəsizlikdir - Rejissordan ADO rəhbərinə

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının rejissoru Əlif Cahangir ADO teatrı və teatrın rəhbəri Elmin Bədəlovun ünvanına növbəti bir yazı yazıb.

Axar.az Ə.Cahangirin məqaləsini olduğu kimi təqdim edir:

Uzun-uzadı yazmaq fikrim yoxdur. Dediyimi artıq demişəm Elminə. Özü də səviyyəsinə yaraşan formada. Çox yaxın bir dostum, gənc teatrşünas Dağlar Yusif Əfəndinin gözəl və dahiyanə bir fikri var. İstərdim, onunla başlıyam və qısa olaraq yekunlaşdıram. Amma bilirəm ki, qısa olmayacaq. Hər halda, çalışacağam.

Deyir:

Seks - Təbiət;

Sevgi - Mədəniyyət;

Eşq - Mənəviyyatdır.

Teatr birbaşa sevgidən başlayır. Yəni mədəniyyətdən. Və mənəviyyata doğru yüksəliş formasını alır. O da baxır sən onu öz dünyanla yüksəldə biləcəksən, ya yox.

ADO teatra olan münasibətini birbaşa təbiətdən başlayıb. Yəni seksdən. Halbuki, o, dünya yaranandan bəri intim bir şeydir, yəni onunla insanlar gecələr hər kəs yatandan sonra məşğul olurlar. Bu, gündüz də ola bilər, amma it-pişik kimi yox!

Normal insanlar gündüzlər daha vacib olan işlərini bitirdikdən sonra vaxt tapıb sevdikləri ilə xüsusi olaraq o hissi bölüşürlər. Bunu insanların gözləri önündə etmirlər, çünki bu, əvvəldə dediyim kimi, İNTİM bir məsələdir. Bu belə.

Teatr pornoqrafiya deyil. ADO isə sanki PORNOQRAFİYANI xatırladır. Bunların gözü seksdən başqa heç nə görmür. Sanki bunlar üçün həyat “ye, iç, gir pastelə”, pastel yoxdur, mətbəxdə, yaxud küçədə...

Görünür, bu məkanlar ADO teatrının rəhbəri (yəni Elmin Bədəlov) üçün azlıq edir ki, o, bunu insanların gözü önündə etməyə çalışır. Bu, sənət deyil, tərbiyəsizlik, abırsızlıq, lap kobud desəm, mənəviyyatsızlıqdır. Bir azdan ADO səhnəsində kütləvi seks səhnələri görsəm, heç də təəccüblənməyəcəyəm. Bizim də dünyadan xəbərimiz var və mən rejissor sənətinə göydən səbətlə düşməmişəm, bu işi oxumuşam, oxuyuram və ölənə kimi də oxuyacağam.

Teatrda intim səhnələri təqdim etmək olar. Soyunmaq da olar, hətta öpüşmək də, amma və lakin rejissor bunun estetik həll yolunu tapmalıdır, daha ADO teatrındakı kimi iyrənc formada etmək olmaz. Bu, teatra hörmətsizlikdi, bu sənəti jarqonlaşdırmaqdır. Qardaş, bacarmırsansa, get, bazarda alver et, ayıb deyil.

Sizin üçün bir nümunə təqdim edim. Rusiya kimi bir dövlətdə gənc rejissorun gənc aktyorlarla hazırladığı tamaşadan bir səhnəni qısa olaraq xatırlatmaq istəyirəm bizim bu “aahi” Elminə.

Səhnədə qız oğlana yaxınlaşır.

Qız: Sənin üçün çox darıxmışam.

Oğlan: Elə mən də.

Qız: Bəs nəyi gözləyirsən?

Oğlan: Axı uyğun bir yerdə deyilik.

Qız: Necə yenə?

Oğlan: Əzizim, biz səhnədəyik, gör nə qədər adam bizə baxır.

Qız: Nə olsun e, baxsınlar da, guya olar məşğul olmurlar?

Oğlan: Olurlar, amma evdə, ikilikdə, baş-başa.

Qız: Eee… Mən bu dəqiqə bu barədə düşünmək istəmirəm, yalnız səni istəyirəm.

Oğlan: Yaxşı bir ideyam var,

Qız: (Təəccüblə) Nə?

Oğlan: Gəl keçək kulisə.. (Gülür və göz vurur)

Qız: Aaa, əla!

Yavaş-yavaş kulisə tərəf gedirlər, oğlan qızın köynəyini çıxarır, qız da oğlanın, tamamilə kulisə keçəndən sonra, səhnə arxasından gələn səslərdən bəlli olur ki, onlar sekslə məşğul olurlar. Səhnəyə əvvəl oğlanın şalvarı atılır, daha sonra qızın alt paltarı və birdən qız kulisdən başını çıxarıb, tamaşaçılara deyir:

Qız: Orda niyə oturmusunuz? İstəyən gəlib baxa bilər.

Tamaşaçılarda səmimi bir təbəssüm yaranır, yenə səhnə arxasından qız və oğlanın səsi gəlir. Bu dəfə oğlan kulisdən görsənir.

Oğlan: Utanmalı heç bir şey yoxdur, bizim sekslə necə məşğul olmağımız kimə maraqlıdırsa, gəlib burdan baxa bilər.

Baxın, bu artıq oldu rejissor işi. Tamaşada həmin səhnənin həlli yolunu rejissor düşünüb və çox maraqlı formasını tapıb.

Elminin problemi düşünməməsidir, el dili ilə desək, “Həsənsoxdu”. Bunu etmək asandı? Xeyr, çətindir, həm də çox. Mümkün deyil? Xeyr, mümkündür! O da baxır adamına.

Elminə isə sözüm yoxdur, adam olmağına adamdı, amma o dediyim adam deyil! Uğurlar!

Xatırladaq ki, Akademik Milli Dram Teatrının rejissoru Əlif Cahangir ADO teatrının səhifəsində onları təhqir edəcək “təbrik” yazıb. ADO teatrının rəhbəri Elmin Bədəlov isə sözügedən şərhin skrin-şotunu paylaşaraq, oxucuların ona qiymət verməsini istəyib: “Əlif Cahangir ADO teatrının səhifəsinə şərh yazıb. Nə deyəsən, özünüz qiymətin verin. Bu da Azər Paşa Nemətovun və İncəsənət Universitetinin fəxri tələbəsi, o boyda Akademik Milli Dram Teatrının rəsmi rejissor ştatını əməkdaşının səviyyəsi, “zarafatı”, düşüncə tərzi...”

Tarix
2017.01.05 / 21:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla