Yuxarı

Bu həqiqətləri demək asan deyil - Şeyx Əbdül

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı "Şəhidləri anın" adlı tədbir keçirilib.

Musavat.com xəbər verir ki, tədbir faciə qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlayıb. Daha sonra söz rejissor Şeyx Əbdülə verilib: "Xocalı faciəsi barədə dəfələrlə buna bənzər tədbirlər keçirilib və faciə dünyaya çatdırılıb. Lakin bizim vəzifəmiz daha ucadır. Övladlarımıza bu günlə bağlı hadisələri incəliklə başa salıb, onların vətənpərvərlik hissini artırmalıyıq. Bu gün dünyada erməni xalqı haqda nə isə demək asan məsələ deyil. Çünki onların arxasında böyük qüvvələr var. Cənab prezidentimizə xüsusi təşəkkür düşür. Çünki o bir respublikanın rəhbəri olsa da, Xocalıda baş verənlər haqda beynəlxalq tədbirlərdə danışır. Ona bir daha təşəkkür edirik".

Tədbirdə Azərbaycan Dövlət Pantomim Teatrının aktyorları, Azərbaycan Televiziya və Radiosunun Milli Kamera ansamblı çıxış edib. Daha sonra Siyavuş Kəriminin, Fikrət Əmirovun, Qara Qarayevin və başqaların əsərləri səsləndirilib.

Səhnəyə tələbələri ilə çıxan əməkdar artist Elza Seyidcahan tədbir haqda fikirlərini bölüşüb: "Kaş tariximizdə faciələr olmazdı. Lakin azadlıqlar, qələbələr faciəsiz əldə edilmir. Çox təəssüf ki, 25 il öncə Xocalı faciəsini yaşadıq. Bu gün həmkarla birlikdə bura toplaşmağımızda məqsəd Xocalı şəhidlərinin ruhunu yad etməkdir. Şəhidlərimiz daim yaşayır. Xocalıda törədilən vəhşiliyin dünyaya çatdırılması hər bir vətəndaşın borcudur. Çünki belə bir vəhşiliyi dünya birliyi lazımı səviyyədə qiymətləndirmir və bu faciədə əli olan hər kəs cəzalandırılmalıdır".

Onun çıxışından sonra Xocalının canlı şahidlərinin gördüklərindən ibarət video-çarx nümayiş olunub.

Sonda əməkdar artist Hüsniyyə Mürvətova "Qələbə" üverturasını səsləndirib.

Tarix
2017.02.25 / 22:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla