Yuxarı

ƏSA Teatrından növbəti ilk – İşarət dili ilə tamaşa

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il müstəqil şəkildə yaranmış, əsas heyəti əlilliyi olan şəxslərdən ibarət ƏSA Teatrı növbəti ilkə imza atacaq.

Kult.az xəbər verir ki, 2 mayda premyerası olacaq U.Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyası səhnədə eşitmə və danışma məhdudiyyətli şəxslər üçün işarət dili ilə tərcümə olacaq.

Tamaşa zamanı işarət dili ilə tərcümə nəinki ölkəmizdə, hətta dünyada ilk sayılır.

ƏSA Teatrının baş meneceri Nicat Qulam bildirib ki, bu təşəbbüsün əsas məqsədi cəmiyyətin bütün üzvlərini teatra cəlb etmək, onların tamaşaçı olmalarının mümkünlüyünü təmin etmək və teatrlarda işarət dili ilə tərcüməni ənənə halına salmaqdır.

Sözügedən tamaşanın nümayişində 10-u fiziki məhdudiyyətli olmaqla, 15 aktyor iştirak edəcək. Tamaşa 2 may saat 19:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) binasında baş tutacaq.

Qeyd edək ki, işarət dili ilə tərcüməni bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nuranə Abıyeva edəcək.

Tarix
2017.04.27 / 18:36
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla