Yuxarı

Böyük aktyorlarımızı yetirən xalq teatrları...

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox məşhur sənət adamımızın böyük səhnəyə, teatr və kinolara yolu xalq teatrlarından, dram dərnəklərindən başlayıb. Bəs hazırda xalq teatrları fəaliyyət göstərirmi? Ümumiyyətlə, xalq teatrları haqda nə bilirsiniz?

Kult.az sənət adamlarının bu suala cavablarını təqdim edir:

Əməkdar artist Kazım Abdullayev: “Yaşlı nəsil aktyorlarımızın demək olar, hamısı dram dərnəklərindən, xalq teatrlarından çıxıb. Mən özüm də Bakının Balaxanı kəndində ilk dəfə dram dərnəyinə getmişəm. Mədəniyyət Evinin tərkibində o vaxt çox dərnəklər var idi. Gənclər Mədəniyyət Evində məşğul olurdular. Özü də ora kimi gəldi qəbul etmirdilər, yoxlanılırdı.

Xalq teatrına düşmək üçün 3-4 il dram dərnəyində özünü göstərməli idin. Sonra xalq teatrına epizodik rollara çağırırdılar. İndi bilmirəm, bu, yenə var, ya yox. Amma bizim vaxtımızda festivallar keçirilirdi, diplomlar verilirdi. Ümumiyyətlə, bu, çox yaxşı məktəb idi”.

Yazıçı-dramaturq Firuz Mustafa: “Doğrudur, vaxtilə bölgələrdə, eləcə də iri şəhərlərdə xalq teatrlarının fəaliyyəti daha qabarıq şəkildə hiss olunurdu. Və ən önəmlisi budur ki, Azərbaycan teatrının bir çox görkəmli simaları böyük səhnəyə məhz həmin sənət ocaqlarından viza alıblar. Mənim bildiyimə görə, mədəniyyət şöbələrinin nəzdində yenə bu cür teatrlar var. Amma doğrusu, onların bugünkü konkret fəaliyyəti ilə bağlı bir söz deyə bilmərəm”.

Yazıçı-dramaturq Nurəddin Ədiloğlu: ” Mən 70-ci illərdən Masallıda fəaliyyət göstərən xalq teatrının uğurlarına dəfələrlə şahid olmuşam. Teatrın bu gün demək olar ki, 40-a yaxın üzvü var. Xalq teatrının bir üstünlüyü odur ki, tanınmış dramaturqlarla yanaşı, yerli müəlliflərə də müraciət edir. Elə bu günlərdə Masallı Xalq Teatrının kollektivi 1994-cü ildə qələmə aldığım “Şəhidlər anası” pyesi ilə Mədəniyyət və Turizm Nazirliyinin Bakıda keçirəcəyi Respublika Xalq Teatrları Festivalına qatılıb. Başqa rayonları deyə bilmərəm, Masallıda və qonşu Cəlilabad rayonunda xalq teatrı var. Tələbə, sürücü, dərzi, kitabxanaçı və s. peşə sahibləri teatrın səhnəsində onlarca maraqlı tamaşalar göstərib”.

Aktyor Nazir Rüstəmov: ”Sovet dövründə xalq teatrları çox populyar idi. Mən özüm Lütfi Məmmədovun Xalq Teatrında fəaliyyət göstərmişəm və aktyor kimi orada çox şey öyrənmişəm. O teatrı Həsənağa Turabov bir institut adlandırırdı. Dövlət teatrları səviyyəsində tamaşalar hazırlayırdıq. Zal həmişə tamaşaçılarla dolu olardı. Başqa xalq teatrları da var idi. Məsələn, Məmmədkamal Kazımovun rəhbərlik etdiyi xalq teatrı... Yevlax, Goranboy və bir sıra rayonlarda da xalq teatrları fəaliyyət göstərirdi”.

Tarix
2017.05.18 / 08:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla