Yuxarı

Əfsanəvi Valentin Qaft Qarabağdan danışdı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur sovet və rus kino-teatr aktyoru, SSRİ-nin xalq artisti Valentin İosifoviç Qaft "Haqqin.az"a müsahibə verib.

Kult.az xəbər verir ki, “Sovremennik" teatrı ilə keçən əsrin 70-ci illərində Bakıda qastrol səfərlərində olan aktyor yenidən Azərbaycan paytaxtına gəlmək və burada çıxış etmək arzusunda olduğunu dilə gətirib.

Müsahibəsində Qarabağ münaqişəsinə də toxunan aktyor postsovet məkanında silahlı münaqişələrin onu çox narahat etdiyini bildirib.

“Bu dəhşətlidir. Dəhşətli odur ki, bütün bunlar indiyə qədər havadan asılı qalıb. Mən hər iki tərəfə (Ermənistana və Azərbaycana-red.) eyni cür yanaşıram. Əgər gələcəkdə də qan töküləcəksə, bu çox qorxuludur. Dözmək, həll yolu axtarmaq lazımdır. Ola bilər ki, nə vaxtsa müdrik insan tapılsın və hər şeyi düzəldə bilsin”, - deyə V.İ.Qaft qeyd edib.

O vaxtilə Heydər Əliyevlə görüşündən, onun teatrı necə dərindən bilməsindən də danışıb: “Mənim sizin prezidentiniz Heydər Əliyevlə ünsiyyətim olub. O məndə çox dərin təəssüratlar yaradıb, onu indiyə qədər də xatırlayıram. Bir dəfə bizdə tamaşadan sonra qəbul var idi, onunla həmin vaxt görüşdük. O, teatrı çox gözəl bilirdi, bizim oyunlarımızı çox yaxşı başa düşürdü. Bundan başqa, onun çox gözəl natiqlik qabiliyyəti var idi”, - deyə aktyor bildirib.

Tarix
2017.05.20 / 15:28
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla