Yuxarı

Türk dilində “Keçəl Oğlan” tamaşası – Tehranda

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranın Hünər Salonunda “Keçəl Oğlan” tamaşası təqdim olunacaq.

Axar.az xəbər verir ki, bu sözləri Zəncan Əyaləti Səhnə Sənətləri Dərnəyinin rəisi Hüseyn Nəcəfi “Fars” xəbər agentliyinə deyib.

“Türk dilində hazırlanan tamaşanın rejissoru Həmidrza Qızılbaş, ssenari müəllifi isə Əlirza Fəridraddır. 18-ci Ənənəvi Tamaşalar Festivalı çərçivəsində səhnələşdiriləcək “Keçəl Oğlan” tamaşası sentyabrın 4-ü Təbriz vaxtı ilə saat 17:00 və 19:00-da Tehranın Hünər Salonunda nümayiş olunacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Pupək Teatr Qrupu “Keçəl Oğlan” tamaşasını ötən il Zəncan Əyaləti Səhnə Sənətləri Dərnəyi və Zəncan İncəsənət Hövzəsinin dəstəyi ilə istehsal edib. Tamaşa istehsal olduğu ildə Fəcr Teatr Festivalı, həmçinin əyalətdə keçirilən festivallarda səhnələşdirilib. Tamaşa bu il avqustun 6-dan 20-dək Zəncanın İmam Mədəniyyət Evinin Hünər Salonunda da nümayiş olunub. Tamaşaçıların böyük rəğbətini qazanan tamaşa son illərin izləmə rekordunu qırıb.

Tarix
2017.09.02 / 18:41
Müəllif
Samirə Heydərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla