Yuxarı

Nazir, rektor, bank rəhbəri Azdramda

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Dram Teatrında xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesi əsasında hazırlanan tamaşasının premyerası baş tutub.

Kult.az xəbər verir ki, tamaşanın quruluşuçu rejissoru və rəssamı Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Səhnə əsərində xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin Mehdixanlı (Qonaq), əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mirzə Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər.

145-ci teatr mövsümünün ilk premyerası olan tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

Premyeraya müəlliflə bərabər Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Bakı Xareoqrafiya Akademiyasının rektoru Timuçin Əfəndiyev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, millət vəkilləri, tanınmış incənənət xadimləri qatılıblar.

Tamaşa sabah da nümayiş olunacaq.

Tarix
2017.10.06 / 22:29
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla