Yuxarı

"Bu şəhərdə"nin konsertindən özəl - Video

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu şəhərdə” heyəti növbəti - 17-ci ildönümləri ilə bağlı silsilə konsert proqramlarına bu gün yekun vurub.

Kult.az xəbər verir ki, uğurlu çıxışları ilə izləyicilərin sevincinə bol-bol gülüş qatan Rafael və Çoşqun cütlüyü bu dəfə də səhnə insanlarını parodiya etməkdən vaz keçməyiblər. Belə ki, Ramil Nabran, Mətanət İsgəndərli, Rəhim Rəhimli və Pərviz Bülbülənin çıxışlarından mahnılar səslənərək, parodiya edilib.

Həmişəki kimi, lotereya da oynanılıb və şüşə qablardan çıxarılan nömrələr əsasında, təsadüfi xoşbəxt bilet sahibləri “Bu şəhərdə” kollektivi tərəfindən bahalı mükafatlarla (telefon və digər əşyalar) mükafatlandırılıb. Tədbirdə “Qarabağ” fitbol klubunin rəhbərliyi və heyətinə də hədiyyə verilib.

Xatırladaq ki, bu dəfəki konsert proqramında ilk dəfə olaraq baş prodüser, ideya müəllifi və ssenarist Müşviq Abbasovun yeniliyinə əsasən, Azərbaycan kinofilmlərindən korifey gülüş ustalarının iştirak etdiyi (Siyavuş Aslan, Səməndər Rzayev, Nəsibə Zeynalova, Hökumə Qurbanova, Yaşar Nuri və digərləri) kadrlar münayiş olunaraq, uyğun mahnılar səsləndirilib və yumor iştirakçılarının dilindən “ölmüş filmimizin dirçəlməsinə” dair replikalar izləyicilərə çatdırılıb. Yenilik tamaşıçılar tərəfindən uzunmüddətli alqışlarla müşahidə oliundu.

Heyətin “TəkƏr” proqramı ilə Londona qastrola gedəcəyi də bildirilib. İngiltərənin ən möhtəşəm zallarından birində yaxın zamanda “Bu şəhərdə”nin konserti baş tutacaq. Sonra isə yenidən Azərbaycana qayıdan yumor ustalarının Naxçıvana səfəri gözlənilir.

Tarix
2017.11.13 / 01:35
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla