Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Oktyabr 2018


BDU-nu atıb, “Dədə Qorqud” olan məşhur - Axar TV

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Orta məktəbi 1956-cı ildə bitirən MəmmədovBakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Lakin ikinci kursda ikən universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.

1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olan Həsən Məmmədov, 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirir və təyinatla Akademik Milli Dram Teatrına göndərilir.

Universitetdən çıxdığına görə atası Ağaməmməd kişinin ona qəzəbi soyumur.Lakin bir gün eşidir ki, rayonda hamı oğlu Həsəndən danışır. Bildirməsə də Ağaməmməd kişi oğlunu bağışlamışdı, artıq içində qürur hissi də baş qaldırmışdı. Çünki oğlu hansı yolu seçməyi özü daha yaxşı bilirmiş. İlk rolundan sonra atasından xeyir-dua alan Həsən Məmmədov bir-birinin ardınca gözəl obrazlar yaradır. “Böyük dayaq” filmində Qaraş, “Arşın mal alan”da Əsgər, “Gün keçdi”də Oqtay obrazlarını yaradan aktyor daha da məşhurlaşır.

Həsən Məmmədov sənət həyatı kimi, ailə həyatını da özü seçib. Kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə yaşayan Lətifə adlı qız Həsənin diqqətini cəlb etmişdi. O, çəkilişlərdən vaxt tapan kimi qarabaqara bu qızın arxasınca düşərdi. Bunu görən rəfiqələri Lətifəni qısqanırdılar. Artıq kino ulduzu olmuş bir aktyorun həyat yoldaşı olmaq o vaxt hansı qızın arzusu deyildi ki?! Bu minvalla sevgi ilə bir ailənin təməli qoyulur. Çox keçmir ki, onlara ev də verilir, çox uzaqda yox, elə kinostudiyanın həyətində tikilən yeni binada.

Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə:

Tarix
2017.11.18 / 14:38
Müəllif
Ülkər, Ömər
Şərhlər
Загрузка...
Digər xəbərlər

Leyla Əliyeva “İmmolatio”nun premyerasında - Foto

İki fərqli dünya insanı bir arada - Foto

Yeni mövsümə teatrlar necə başladı? - Siyahı

Kukla Teatrı yeni mövsümü Bilik Günü açacaq

Hazırlıqlar başlandı: yeni mövsümdə nələr olacaq?

İnsanlığın sonu necə gələcək? - Nobelçilər açıqladı

Azərbaycanda iki teatra yeni direktorlar təyin olundu

Muğam Mərkəzində "Nəsimi dünyası" – Foto

Nazir Naidə İsmayılzadəyə yüksək vəzifə verdi

“Bu şəhərdə” Tiflisdə belə qarşılandı – Video/Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla