Yuxarı

Cahangir Novruzov Türkiyədə mükafat aldı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə "XVII Direklerarası Seyirci Ödülləri" teatr mükafatının qalibi olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, C.Novruzov bu mükafata Adana Böyükşəhər Bələdiyyə Teatrında səhnələşdirdiyi A.P.Çexovun kiçik dram əsərlərindən ibarət "Ah, bu evlilik..." tamaşasındakı rejissor işinə görə layiq görülüb. Mükafat Adanada keçirilən mərasimində həmyerlimizə təqdim olunub.

Mükafatın "Xalq Jürisi"nin üzvləri 2016-2017-ci ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Türkiyənin bir sıra şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.

Xatırladaq ki, Cahangir Novruzov ötən teatr mövsümündə "Teatr üçün Əmək" mükafatına layiq görülmüşdü.

Qeyd edək ki, 1995-ci ildən Türkiyədə yaşayan Cahangir Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, eyni zamanda Adana Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədr müavinidir.

Tarix
2017.12.19 / 13:56
Müəllif
Firuzə Vahidqız
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla