Yuxarı

Teatrların uşaqlar üçün bayram proqramı - Siyahı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il uşaqların ən çox sevdiyi bayramlardandır. Bu bayramı balacalar üçün daha yaddaqalan etməkdən ötrü bəzi teatrlar xüsusi proqram hazırlayıblar.

Kult.az xəbər verir ki, Bakı Dövlət Sirki bayram günləri “Ekstremal qış” adlı Yeni il sirk şousu hazırlayıb. Şou dekabrın 29-dan yanvarın 7-nə kimi davam edəcək.

Şouda əhliləşmiş heyvanlarla gözəl şou olacaq, fokus ustaları, illuzionistlər, hava gimnastları və klounlar çıxış edəcək. Biletlər hər gün saat 10:00-dan 20:00-a kimi sirkin kassalarında satılır. Biletlərin qiyməti isə 10-20 manat arasında dəyişir.

Akademik Milli Dram Teatrında isə Yeni il şənlikləri artıq dekabrın 23-dən başlayıb. Bu münasibətlə "Rəqs edən pinqvinlər" adlı səhnə əsəri hazırlanıb. Şənliklər yanvarın 7-dək hər gün dörd seansda - 11:00, 13:00, 15:00 və 17:00-da – keçirilir.

Biletləri şəhərin bütün kassalarından əldə etmək mümkündür.

Heydər Əliyev Sarayı da Yeni il bayramında uşaqlar üçün xüsusi proqram hazırlayıb. 29 və 30 dekabr tarixlərində sarayın səhnəsində uşaqlar üçün "Fiksi-şou: Zamanın xilaskarları" adlı tamaşa nümayiş olunacaq. Yeni il tamaşası - "Fiksiki" cizgi filminin motivləri əsasında hazırlanmış lisenziyalı tamaşadır. Seanslar 29 dekabr - 12:00, 15:00-da və 30 dekabr - 12:00-da olacaq.

Biletləri şəhərin bütün kassalarından əldə etmək mümkündür.

Tarix
2017.12.26 / 01:19
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla