Yuxarı

Atasını “öldürən”, qəbirdə dirilən xalq artisti - Axar TV

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Gülşən Qurbanova 1950-ci il dekabrın 19-da Bakıda anadan olub. 1974-cü ildən səhnə fəaliyyətinə başlayan aktrisa, daha çox Gənc Tamaşaçılar Teatrında yaddaqalan obrazlar yaradıb.

Gülşən xanım 20-dən artıq filmdə rol alıb. O, “Mənim nəğməkar bibim”də Mərcan, “Şəhərli oğlan”da Şahnaz, “Zəncirlənmiş Prometey”də Nera və başqa tamaşalarda müxtəlif, maraqlı obrazları canlandırıb.

Aktrisa sənətdə ardıcıl uğurlar qazansa da, şəxsi həyatı uğurlu olmayıb. O əvvəlcə Rüstəm adlı aktyorla ailə qurur, bu evlilikdən cütlüyün Kəmalə adlı qızı dünyaya gəlir. Ancaq bu izdivac o qədər də uzun sürmür. Aktrisa növbəti dəfə başqa bir həmkarı - Mübariz Əlixanoğluyla ailə qurur. Lakin bu evliliyi də uğurlu alınmır. Deyilənə görə, Mübariz Əlixanoğlu alkoqola həddən artıq meyilli olduğu üçün evlilikləri çox çəkməyib.

Gülşən xanım bir sıra verilişlərin aparıcısı olub. Onlardan ən məşhuru isə “Qaynar qazan” verilişi idi. Bu verilişin aparıcısı kimi tamaşaçılar tərəfindən sevilən aktrisa, bəlkə də heç zaman qazanmadığı populyarlığı əldə etmişdi.

O, ömrünün sonuna kimi vicdan əzabı çəkdiyini bildirirdi. Buna səbəb isə atası, görkəmli aktyor Ağadadaş Qurbanovun ölümüdür. Hadisə o zaman bütün SSRİ-ni silkələmişdi. Həmin vaxt onlar Salyanda Akademik Milli Dram Teatrı ilə qastrol səfərində idilər. Birdən mehmanxana otağının pəncərəsindən səs gəlir. Bayırda qışqırırlar ki, Stalinin şəklini aparırlar. O zaman da artıq Stalin dünyasını dəyişmişdi, ona “xalq düşməni” kimi yanaşırdılar. Otaqda olan aktyorlar Ağadadaş Qurbanovla birgə eyvana qaçırlar. Eyvana son çıxan isə Gülşən olur. Bu zaman eyvan uçur. Hamı Ağadadaş Qurbanovun üstünə yıxılır. Həkimlər helikopterlə onu aparsalar da, xilas edə bilmirlər.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Tarix
2018.01.16 / 09:07
Müəllif
Ülkər, Ömər
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla