Yuxarı

Bakıya gələndə mütləq bu binaya gedin - Mərakeş səfiri

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş bu yaxınlarda Musiqili Teatrda qonaq olub.

Kult.az xəbər verir ki, teatrın binasının fotolarını şəxsi Feysbuk hesabında paylaşan səfir hər kəsi bu sənət məbədini ziyarət etməyə çağırıb:

“Azərbaycan Dövlət Musiqili Teatrında çox gözəl təcrübə. Teatrın direktoru Əliqismət Lalayevin dəvətindən şərəf duydum. Bir əsrdən çox yaşı olan qədim bina çox yaxşı təmir olunub, memarlıq, bədii tərtibatın müasirlik və tarixilik arasındakı kombinasiyası yaxşı balanslaşdırılıb və bu həm Azərbaycan, həm də Mərakeş üçün çox dəyərlidir. Tamaşa, ifa və musiqini çox sevdim. Bakıya gəlişiniz zamanı şəhərin mərkəzində yerləşən Musiqili Teatrı öz səfər planınıza salmağı unutmayın”.

Xatırladaq ki, teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bir neçə gün əvvəl Mərakeş səfirini qəbul edib. Görüşdə ölkələr arasında qarşılıqlı mədəni əlaqələrdən söhbət açılıb.

Daha sonra səfir böyük dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanı izləyib.

Tarix
2018.02.08 / 17:48
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla