Yuxarı

Gizli iclas, Azdramda soyqırım və son fərman - Açıq məktub

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrının “uzaqgörən” direktoru Azər Paşa Nemətova açıq məktub

Hörmətli Azər Paşa müəllim! Ötən ilin martında əməkdar artist, “Ən yaxşı kişi rolunun ifaçısı” (Ukraynanın Dneprodzerjinski şəhəri, 2011) adını daşıyan, bu gün Azərbaycan tamaşaçısının (eləcə də dünya azərbaycanlılarının) İmran kimi tanıdığı və sevdiyi İlham Hüseynova təzyiq nəticəsində işdən getmək barədə ərizə yazdıranda onun 1 ildən sonra xəstəlik vərəqəsini - bülleteni gec təqdim edib “proqul” edəcəyini öncədən necə “görə” bilmişdiniz? Maraqlıdır...

İslami dəyərlərlə bağlı bir verilişdə aparıcı bir kresloda dini dəyərlərimizə söykənən imanlı şəxsi, digərində isə ateist təfəkkürlü birisini əyləşdirib diskussiya aparmaq fikrində idi. Amma şükürlər olsun ki, ateist tapa bilmədiyi üçün həmin kresloda özü əyləşib verilişi aparmaq məcburiyyətində qaldı və əvvəlcədən tamaşaçılardan üzr istəyərək özünün ateist olmadığını xatırlatdı.

Səbəbsiz yerə işdən azad etdiyiniz əməkdar artist İlham Hüseynov hər vəchlə bizə müsahibə vermək istəmədiyini bildirəndən sonra onun “yerində əyləşib” sizinlə haqqı tapdalanan adamın əvəzinə danışmaq istərdik: əvvəla onu qeyd edək ki, “səbəbsiz” sözünə reaksiyanız əvvəlcədən bəllidir: “proqul”dan danışacaqsınız, amma bunu sizə məsləhət görmürük. Çünki hamı, eləcə də uzun illər Teatr Xadimləri İttifaqının sədri kimi gözəl bilirsiniz ki, bütün teatrlarda nizam-intizam qaydaları belədir ki, aktyor yalnız tamaşa və məşq günlərində işə gəlir. Yəni aktyor barədə “proqul” sözü bu gün hətta tamaşaçıda belə acı gülüş doğurur.

Yuxarıda qeyd etdik ki, İlham Hüseynov danışmaq istəmədi və yalnız “Qara məni basınca mən qaranı basım” təbiri ilə Azdramın mətbuat xidmətindən “sızılan” məlumatdan sonra özünü müdafiə etmək məcburiyyətində qaldı. Və təbii ki, son dərəcə təvazökar və həyalı bir insan olan Hüseynov heç bir orqana şikayət etməyəcək (Bəlkə buna arxayınsınız?)

Amma çox təəssüf; əgər belə olsaydı, yəqin ki, araşdırma, konkret desək, xidməti girişdəki turniket aparatının məlumatlarının üzə çıxması nəticəsində məlum olardı ki, aylarla, bəzən də yarım ilə yaxın müddətdə teatra gəlməyən aktyorlar var ki, bu da təbii, onların günahı deyil. Heç bir tamaşada rolu olmayan aktyor daxili qaydalara əsasən teatra gəlməyə bilər və o özü özünə rol verə bilməz. Xatırladım ki, İlham Hüseynov Nuşiçin “Nazirin xanımı” və E.Əfəndiyevin “Sənətkarın taleyi” tamaşalarında oynadığı rolda bülletendə olan müddətdə belə səhnəyə çıxanda tamaşaçı zalında canlanma əmələ gəlir ki, bunu da tamaşaçılar təsdiq edə bilər.

01.11.2012-ci ildən Azdramda çalışan İlham Hüseynov elə ilk günlərdən təzyiqiniz altındadır. Amma maraqlısı budur ki, 2 il öncə ona dəhlizdə rast gəldiyiniz zaman “Sən kimsən? Mən səni tanımıram” deyə etdiyiniz “müraciət”dən sonra sizinlə danışmaq şərəfinə nail olmayan İ.Hüseynov dəfələrlə qəbulunuza gəlib, ona qarşı olan ikrah hissinin səbəbini öyrənməyə çalışıb. Siz onu qəbul etməmisiniz. Niyə? Sizə həvalə olunan mədəniyyət müəssisəsinin rəhbəri kimi tabeçiliyinizdə olanları ən azı dinləmək vəzifə borcunuz deyilmi?

İşçilər vasitəsilə keçən ilin mart ayında ona “Səni komandamda görmürəm” deyib məcburən ərizə yazdırdınız. Heç zaman rəhbərin və ağsaqqalın üzünə ağ olmayan (bunu hamı təsdiq edə bilər) Hüseynov vasitəçinin vasitəsilə keçirəcəyi cərrahiyyə əməliyyatına qədər möhlət istədi. ”Humanist” Nemətov o şərtlə razılaşdı ki, Hüseynov ötən ilin avqust ayının 1-dən ərizə yazsın. Beləliklə, keçən ilin mart ayında İlham Hüseynov 1 avqust tarixindən “öz xahişi ilə” işdən çıxmaq barədə ərizə yazdı və bu tarixi “gözləyərək” yaradıcılığına davam etdi. İyul ayında əməliyyat olunduğu üçün 6 ay müddətində bülletendə olan Hüseynovu işdən azad etmək mümkün olmadı. Amma bülletendə olduğu müddətdə o, Nuşiçin “Nazirin xanımı” əsərində rolunu ifa etmək üçün səhnəyə çıxdı (30.X1.2017).

“İşə gəlmir, serialda çəkilir” deyən Azər Paşa müəllimsə onu səbirsizliklə gözləyirdi: rol vermək üçün yox, işdən azad etmək üçün. Belə işlər...

Hüseynov sizin qəbulunuza gəlmək istədi - qəbul etmədiniz, ona dəyər verən insanların vasitəsilə sizə “ağız açdırdı” və məsələ həll olunana kimi bülleteni özündə saxladı. Bu da oldu bəhanə - yəni onun “proqul”larının “obyektiv tarixçəsi”...

Yenə sakitləşmədiniz: kollektivin yalnız 6-7 üzvünün iştirak etdiyi Həmkarlar İttifaqının iclası çağırıldı. Həmin iclasda məsuliyyət hissi ilə iştirak edən İ.Hüseynov “proqul” günlərinin ödənişinin əməkhaqqından çıxılmasını da xahiş etdi. Az-çox iş stajı olan insanlarda sual yaranır: “proqul”lara görə, “Bəxtiyar” filmində Ağabala demişkən, “töhmət, hətta şiddətli töhmət də” verə bilərdiniz. Amma yox, sizin “fərman” artıq imzalanmışdı. Legitim olmayan – “iclas”dakılar səmimiyyətlə aktyora bildirdilər ki, onun səsi heç yerə çatmayacaq.... - “iclas”da bir “maraqlı” məqam da baş verdi və İlham Hüseynov XXI əsrdə - hüquqi dövlətdə yaşadığımızı bu insanlara xatırlatmaq arzusunu da boğdu: etika naminə. “İclas”da İlhamın “Niyə hər gün işə gəlmək təkcə mənə şamil edilir” sualına cavb verildi: “Hamı işdə sayılır, sənsə yox...” (Şərhsiz)...

Murad İsmayılın, Hikmət Rəhimovun işdən uzaqlaşdırılması ilə - ikinci ilə əlaqədar xalq artisti Fuad Poladovun gedişini necə izah edirsiniz? İstedadlı aktyorların pərəstişkarlarına sayğısızlıq göstərməkdə məqsədiniz nədir?

Ümumiyyətlə, bu nə “soyqırım” siyasətidir?

İlham Hüseynovun istedadlı aktyor olması artıq heç kəsə sirr deyil: “Aktrisa” bədii filminin (yazıçı R.Hüseynzadə), o cümlədən “Sonuncu fəsil” (İlyas) və nəhayət “Vicdan haqqı” (İmran) teleseriallarının nümayişindən sonra kifayət qədər populyarlaşan və sevilən aktyorun hər səhnəyə çıxışı tamaşaçı üçün bayrama çevrilir. Nəinki səhnəyə - Bakının (eləcə də Gəncənin) küçələrində sərbəst yeriyə bilməyən əməkdar artistlə şəkil çəkdirmək, söhbət etmək istəyənlərin arasında bu yazının müəllifi də var və etiraf edək ki, belə populyarlıq hər aktyorun nəsibi deyil.

Hörmətli direktor, İ.Hüseynov artıq 3-cü dərəcəli əlildir və hərəkətlərində müvəqqəti məhdudiyyətlərin olmasına baxmayaraq, müəyyən tədbirlər görməklə səhnəyə çıxmaq iqtidarındadır və çıxır. Bəlkə, budur ona Azdramda yer olmamasına səbəb? Xatırladım ki, Moskvanın “Lenkom” teatrının aktyoru Karaçintsev 12 il əvvəl maşın qəzası nəticəsində ömürlük əlil arabasına məhkum olunsa da, həmin teatrdan əməkhaqqı alır və yalnız mövsüm açılışında oraya gəlir. Bu gün Azdrama rəhbərlik etməklə yanaşı, həm də Teatr Xadimləri İttifaqının sədri olaraq bir aktyora dövlət dəstəyi göstərməyi lazım bilmədinizmi? Bəzi aktyorlardan fərqli olaraq hansısa bir roldan imtina etməyən sənətkar şükürlər olsun ki, əlil arabasında deyil!

Haqq incələr, üzülməz. Bu bir Azərbaycan atalar misalıdır, amma sözümüzü Məhəmməd Peyğəmbərin (ə.s.) kəlamı ilə bitiririk: “Haqqı danmaq imandan deyil”.

Bəlkə, düşünməyə dəyər?

Hörmətlə Alisa Poliker

Tarix
2018.03.07 / 16:15
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla