Yuxarı

Teatrda ilk dəfə: Ceyhun Hacıbəyli səhnədə...

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycan Dövlət Musiqili Teatrında “Nuri-didə Ceyhun” tamaşasının premyerası baş tutub.

Kult.az xəbər verir ki, Əkbər Əlizadənin, Qurban Məsimovun, Cəfər Namiq Kamalın və digər tanınmış aktyorların qatıldığı premyerada qonaqları salamlayan əməkdar incəsənət xadimi, tanınmış teatrşünas Məryəm Əlizadə tamaşanın 10 mart - Milli Teatr Gününə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə səhnələşdirildiyini bildirib. O qeyd edib ki, Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı yazıçı-publisist, tərcüməçi, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəylinin obrazı canlandırılıb.

Qeyd edək ki, ideya müəllifi Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin olduğu tamaşadaşada Ceyhun Hacıbəylinin məşəqqətli mühacirət həyatından, cümhuriyyətimizin keçdiyi çətin, lakin, şərəfli mübarizə yolundan bəhs edilib.

Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövqü Hüseynov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Firuz Məmmədov və Şaban Cəfərov ifa edib.

Tarix
2018.03.11 / 00:39
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla