Yuxarı

Gənclərin ali məktəblərə daxil olma şansları artır

Ana səhifə Digər Təhsil
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirliyin təklifinin qəbul olunması gənclərin ali məktəbə daxil olmaq şansını artırır”.

Bunu Şərq.az-a tələbələrin bəzi ixtisaslar üzrə ali təhsil müəssisələrinin birinci kursuna müsabiqədənkənar qəbul olunması haqqında Təhsil Nazirliyinin təklifini şərh edərkən, təhsil eksperti Şahlar Əsgərov deyib.

O bildirib ki, nə qədər çox gənc ali məktəbdə təhsil alsa, o qədər yaxşıdır:

"Çünki universitetlər mədəni mühitdir. Həmin tələbələr də mədəni mühitdən keçir. Abituriyentlərin şəxsiyyət kimi formalaşmasında universitetlər böyük rol oynayacaq, onlar düşünüb ixtisas seçəcək, ali savad əldə edəcəklər. Təklifə əsasən qəbulun ödənişli müəyyən olunması daha yaxşıdır. Düşünün ki, bir abituriyentin atası Azərbaycandan kənarda ticarətlə məşğuldur, pul qazanır. Amma ata nəzarəti olmadığına görə uşaq zəif oxuyub. O zaman valideyn müəyyən vəsait qoymaqla övladının itirilmiş biliyini bərpa edə bilər. Bununla artıq təhsilə investisiya qoyulması, pulun biliyə çevrilməsi baş verəcək”.

Qeyd edək ki, Təhsil Nazirliyinin Nazirlər Kabinetinə göndərdiyi təklifində ali məktəblərdə hazırlıq fakültələrinin təşkili qeyd olunub. Təkliflərə əsasən, hazırlıq fakültələri özəl və regionlarda fəaliyyət göstərən bir sıra dövlət universitetlərində yaradıla bilər. Bütün ixtisaslara şamil edilməyəcək qruplarda təhsil yalnız ödənişli əsaslarla aparılacaq.

Tarix
2017.02.17 / 01:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla