Yuxarı

Zaqatalada narkotacirlər həbs edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Mingəçevir şəhər və Balakən rayon sakinlərini həbs edib.

Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

RPŞ-yə daxil olmuş məlumat əsasında Mingəçevir şəhər sakini Kərim Nadir oğlu Nəcəfov idarəetdiyi "Mersedes Bens E 280" markalı, 99 DV 016 dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu ərazisində hərəkətdə olarkən RPŞ-nin DYP-nin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib. Hal şahidlərinin iştirakı ilə Kərim Nəcəfovun avtomobilinə baxış keçirən zaman avtomobilin qabaq kapotunun iç örtüyünün altında gizlədilmiş politelin torbanın içərisində 21 ədəd kibrit qutusunda narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Aparılmış istintaq tədbirləri nəticəsində məlum olub ki, Kərim Nəcəfov tanışı olan Balakən rayon sakini Elnur Hidayət oğlu Məmmədovla Zaqatala rayonunun Mazıx kəndi ərazisində görüşərək ondan 21 ədəd kibrit qutusunda qablaşdırılmış narkotik vasitəni 650 manata alıb. Keçirilmiş tədbir nəticəsində Elnur Məmmədov da tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.08.01 / 00:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla