Yuxarı

"Biz də varıq" layihəsi başa çatdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gənc Liderlər" Təhsil-təlim və inkişaf İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Biz də Varıq" layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb. Təlimlər 26-31 iyul tarixlərində Gəncədə 5 gün davam edib.

Aktual.az xəbər verir ki, 5 gün ərzində 20 gənc, əlilliyi olan gənclərin hüquqları, Azərbaycanda mövcud sosial xidmət mərkəzləri haqqında, cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılması, əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiya prosesinin gücləndirilməsi, əlilliyi olan gənclərin ictimai vəkili olma yolları haqqında ətraflı məlumat alıb.

Gənclər təlimin sonunda fərdi və qrup planları hazırlayaraq gələcəkdə əlilliyi olan gənclərin problemlərinin həlli istiqamətində layihə və fəaliyyət planları hazırlayıblar.

Qeyd edək ki, layihədə əlilliyi olan gənclərlə yanaşı əlilliyi olmayan gənclər də iştirak edib.

"Biz də varıq" kampaniyası çərçivəsində əlilliyi olan gənclərə hüquqi və psixoloji yardım göstərməklə yanaşı onlara sosial xidmət mərkəzləri haqqında məlumat verilib.

Gənclər "Biz də varıq" kampaniyasının əlilliyi olan gənclərin problemlərinin həllində başlanğıc layihələrdən biri olacağına əmin olduqlarını bildiriblər.

Xatırladaq ki, layihə çərçivəsində təlimləri hüquqşünas Günel Səfərova keçib.

Tarix
2016.08.01 / 12:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla