Yuxarı

Beyləqan polisi təkzib etdi: “O, bank soymayıb”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hadisədə adı çəkilən Füzuli rayonundan olan məcburi köçkün Rəhim Nəbiyev banka basqına görə saxlanmayıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Beyləqan rayon Polis Şöbəsi "Accessbank"ın rayon şöbəsinə basqın edilməsilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Polis R.Nəbiyevin ruhi xəstə olduğunu, 3 gün əvvəl əsəb dispanserlərindən birinə məcburi müalicəyə göndərildiyini deyib:

"Hadisədə adı çəkilən Füzuli rayonundan olan məcburi köçkün, Beyləqan rayonunda məskunlaşan Rəhim Nəbiyev adlı şəxs həqiqətən mühafizə polisi tərəfindən 3 gün əvvəl saxlanılıb və Beyləqan rayon Polis Şöbəsinə təhvil verilib. Lakin o, banka basqına görə saxlanmayıb. Həmin şəxs rayondakı paltar mağazalarından birinə girib oradan oğurluğa cəhd edərkən saxlanılıb. Araşdırmalar zamanı saxlanılan Rəhim Nəbiyevin ruhi xəstə olduğu müəyyənləşib və o, Bakıdakı ruhi əsəb dispanserlərindən birinə məcburi müalicəyə göndərilib".

Xatırladaq ki, hadisə dünən gecə baş verib. Xəbərdə bildirilirdi ki, Beyləqan rayonlararası mühafizə şöbəsinə rayonun Magistral küçəsində yerləşən Accessbank QSC-nin "Beyləqan" filialından "həyəcan" siqnalı daxil olub.

Mühafizə polisinin əməkdaşları hadisə yerinə gediblər.

Bu zaman bankın "Beyləqan" filialının pəncərəsinin şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyən Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşan Rəhim Nəbiyev saxlanılıb.

Tarix
2016.08.01 / 13:07
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla