Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


Mikayıl Cabbarov əmr imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında əmr imzalayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, əmrin məqsədi dövlət ümumi təhsil müəssisələrinin I, II, III, IV, V, VII, IX sinifləri üçün yeni çap olunan 261 adda 6623135 nüsxə dərslik və müəllim üçün metodik vəsaitlərin istifadəçilərə çatdırılmasının, eləcə də I-XI sinif şagirdlərinin bütün dərsliklərlə təminatının səmərəli təşkilini və bu sahədə nizam-intizamı təmin etməkdir.

Əmrə əsasən, Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən 5 avqust tarixədək təhvil verilən dərslik və müəllim üçün metodik vəsaitlərin Təhsil Nazirliyinin bölgüsü əsasında Naxçıvan MR Təhsil Nazirliyinə, bütün şəhər (rayon) təhsil idarələrinə (şöbələrinə), nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinə avqustun 15-dək çatdırılmasını təmin etməlidir.

Naxçıvan MR Təhsil Nazirliyinə və bütün şəhər təhsil idarələrinə tapşırılıb ki, Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən yerlərə çatdırılmış dərslik və müəllim üçün metodik vəsaitlərin təhvil-təslim məsələlərinin operativ həllini, uçotunu və təhsil müəssisələri üzrə bölgüsünün hazırlanmasını, qəbul edilmiş dərslik və müəllim üçün metodik vəsaitlərin alındığı tarixdən 10 təqvim günü müddətində yerli təhsil müəssisələrinə çatdırılmasını, ümumtəhsil müəssisələrində dərslik və müəllim üçün metodik vəsaitlərin kitabxana fonduna daxil edilməsini və idarə olunmasını həyata keçirilməsini, 1 sentyabr tarixinədək dərsliklərin şagirdlərə çatdırılmasını, ümumtəhsil müəssisələrində yarana biləcək dərslik və müəllim üçün metodik vəsaitlərin çatışmazlığını digər yerli təhsil müəssisələri hesabına ödənilməsini, bununla bağlı sənədləşmə işlərini, yerli ümumtəhsil müəssisələrində dərslik və müəllim üçün metodik vəsaitlərin təminatı ilə bağlı yekun vəziyyəti və əsaslandırılmış əlavə tələbatı əks etdirən müraciəti 5 sentyabr tarixinədək derslik@edu.gov.az elektron ünvanına göndərilməsini təmin etsinlər.

Tarix
2016.08.01 / 15:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Deputat daha dörd ölkənin fəalları ilə bir arada - Foto

Nazirdən aktyorun direktoru döyməsinə - Reaksiya

Xaricdə təhsil alanların imtiyazları var - Nazir

Kərimov əmr imzaladı: yeni təyinat

Nazir bu gənclərin taleyindən danışdı

İki ölkə generalları Bakıda: birgə protokol imzalandı - Foto

500 avtobusun dayanacaq yeri dəyişdirildi – Diqqət

General Bakıda anons etdi: 3 qardaş ölkənin ordusu...

Lənkəranda çaqqallar kəndə hücum etdi: 4 nəfər... – Foto

İki institutun rəhbəri postuna müsahibə elan edildi

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla