Yuxarı

Döyülüb öldürülən 6 yaşlı qızın anası danışdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə mediasının gündəmini zəbt edən 6 yaşlı qızın ölümü ilə bağlı maraqlı detallar bəlli olub.

Hafta.az-ın məlumatına görə, 29 iyul tarixində hadisə baş verən zaman vəfat edən 6 yaşlı Ramilənin anası Samirə Yarıyeva evdə olmayb.

S.Yarıyeva bildirib ki, o, restoranda işlədiyindən həmin gün qızı evdə tək olub.

Ağsu rayonunun Kəlva kəndindən olan Samirə Yarıyevanın 4 övladı var. Ramilə onların ən kiçiyidir. İmkansızlıqdan digər övladlarını uşaq evinə verib.

Adı qətli törətməkdə hallandırılan Elnar Hacıyev Samirə Yarıyevanın kirayədə yaşadığı ev sahibəsinin oğludur. O, ailəlidir və bir övladı da var.

Elnar Hacıyevin anası, evin sahibəsi Almaz Hacıyeva bildirib ki, həyətə sürüşkən kafel döşənib. Başqaları da dəfələrlə burada sürüşüb-yıxılıb. 29 iyul tarixində də Ramilə həyətdə yıxılaraq sürüşüb. Ona Elnar Hacıyev və Almaz Hacıyeva yardım etmək istəyiblər. Lakin sonradan uşağın vəziyyəti pisləşib. Onu taksi ilə xəstəxanaya aparan zaman yolda vəfat edib.

Almaz Hacıyeva qorxduqları üçün bu barədə polisə xəbər vermədiklərini deyir. Və oğlunun günahının da ancaq hadisə barədə polisə xəbər verməməsi olduğunu bildirib.

Samirə Yarıyeva onu da bildirib ki, bu evdə yaşadığı müddətdə Almaz Hacıyeva və onun ailəsi ilə heç bir narazılıq olmayıb.

Hadisənin şahidləri prokurorluqda dindirilib, o cümlədən, Elnarın azyaşlı qızı da.

Xatırladaq ki, Xırdalan şəhərində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək, şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib. Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.

Tarix
2016.08.01 / 16:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla