Yuxarı

Bu yollar təmir olundu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram"ına əsasən, Azəravtoyol ASC tərəfindən kompleks tədbirlər davam etdirilir.

Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Abşeron rayonu Hökməli-Qobu-Güzdək avtomobil yolunun bir hissəsi və Masazır qəsəbəsinin iki küçəsi əsaslı şəkildə təmir olunub.

Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı 11 km uzunluğunda və 9.5 metr enində olan Hökməli-Qobu-Güzdək avtomobil yolunun 1.5 km-lik hissəsi əsaslı şəkildə təmir olunub.

Sözügedən ərazidə aparılan əsaslı təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yol əsasının yararsız torpaq qatı qazılaraq çıxarılıb, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Bundan başqa qrunt sularının kənarlaşdırılması üçün ərazidə təqribən 1 km uzunluğunda drenaj sistem yaradılıb.

Yolun hərəkət hissəsi asfaltlanması üçün hazır vəziyyətə gətirilib və 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilıb. Ümumilikdə 15 min m2-ə yaxın sahə asfaltlanıb.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Abşeron rayonunda aparılan kompleks tədbirlər çərçivəsində Masazır qəsəbəsinin bir-neçə küçəsində təmir işləri aparılıb.

Təmir işləri ilkin olaraq qəsəbənin Heydər Əliyev və Zərifə Əliyeva küçələrində aparılıb. Müvafiq olaraq küçələrin uzunluqları 1200 və 1280 metrdir.

Aparılan işlər çərçivəsində zəruri yerlərdə yol yatağı kipləşdirilib və asfalt-beton örtüyünün döşənməsi üçün yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilib. Daha sonra Heydər Əliyev küçəsinin 5400 m2, Zərifə Əliyeva küçəsinin isə 7500 m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa, küçələrdə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilər 1-1.5 metr enində tikilib, kənarlarına səki daşları düzülərək asfaltlanıb.

Bütün işlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.

Tarix
2016.08.01 / 18:18
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla