Yuxarı

Abşeronda 78 yaşlı kişi itkin düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 78 yaşlı kişi itkin düşüb.

APA-nın məlumatına görə, 1938-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş, hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkün şəhərciyindəki 3 saylı binanın 2-ci mənzilində yaşayan Məmmədov Şura Əmir oğlu iyulun 30-da yaşadığı evdən naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Ş. Məmmədovun əlamətləri: boyu 170 sm, dolu bədən quruluşludur, saçları ağ rəngli və seyrək, gözlərinin rəngi tünd qəhvəyidir.

Sağ qolunda "Firuzə", "Saşa" sözləri, sol əlinin barmaqlarının üzərində 1938 rəqəmi döyülüb. Sağ ayağı axsaqdır. Sonuncu dəfə evdən çıxarkən üzərində ağ rəngli köynək, göy rəngli cins şalvar, ayağında qara rəngli şalvar olub.

Şura Məmmədovu görənlər bu telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

590-64-30, 341-40-14 (Zəngilan Rayon Polis Şöbəsi), (055) 201-20-20.

Tarix
2016.08.01 / 22:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla