Yuxarı

Kamal Abdulla Bayraq Gününü qeyd etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 5-də Bakı Slavyan Universitetində (BSU) 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
"Axar.az"ın xəbərinə görə, tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mİşşenko və bu ali məktəbdə İstehsalat təcrübəsini başa çatdırmış ukraynalı tələbələr də iştirak edib.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla toplaşanları Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, bu dövlət bayramının Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin nümayəndələrinin iştirakı ilə keçirilməsindən məmnunluğunu bildirib.

A.Mişşenko belə gözəl gündə həmvətənləri və azərbaycanlı gənclərlə birlikdə olduğundan şərəf duyduğunu bildirib. Səfir Poltava İqtisadiyyat və Ticarət Universiteti tələbələrinin BSU-da artıq ənənəyə çevrilmiş təcrübələrini çox səmərəli başa vurmalarından məmnunluğunu bildirib, universitetlərarası əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.
Daha sonra səfir və rektor ukraynalı tələbələrə təcrübənin uğurlu keçdiyini təsdiqləyən sertifikatlar təqdim edib.
BSU-da fəaliyyət göstərən Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin "Slavyanoçka" ifaçılar qrupunun Ukrayna dilində, ukraynalı tələbələrin Azərbaycan dilində ifa etdikləri musiqi nömrələri, milli rəqslər böyük marağa səbəb olub. Ukraynalı gənclərin Azərbaycan dilində oxuduqları "Azərbaycan" mahnısı alqışlarla qarşılanıb.

Tarix
2013.11.06 / 00:05
Müəllif
0
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla