Yuxarı

Ankara Xocalıya “soyqırım” demədi – Türkiyədən zərbə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara valiliyi Kızılcahamam Bələdiyyəsinin yaratmaq istədiyi Xocalı soyqırımı muzeyinin adına icazə verməyib.

Valilik bunu "soyqırım" kəlməsinin istifadəsi, ad olaraq verilməsinin diplomatik problemlər yaratması ilə izah edib. Bu barədə məlumatı Türkiyənin "Hürriyət" qəzeti yayıb. Bu etirazdan sonra bələdiyyə muzey üçün yeni ad axtarmağa başlayıb.

"Bəzi ölkələrdə soyqırım olaraq qəbul edilən və adına abidələr ucaldılan Xocalı soyqırımı Ankarada bir park və muzey ilə yaşadılacaq. Ankaranın Kızılcahamam bələdiyyəsi Azərbaycan hökumətinin dəstəyi ilə park olaraq başlatdığı işi muzeyə çevirməyi qərara alıb. Təməlqoyma mərasiminə azərbaycanlı millət vəkilləri də iştirak edib. Muzeyin fevralın 26-dək açılması planlaşdırılır.

Ancaq muzeyin "soyqırım muzeyi" adlandırılmasına Ankara valiliyindən etiraz gəlib" - deyə qəzet qeyd edir. Kızılcahamam bələdiyyəsinin başqanı Coşkun Ünal məsələyə münasibət bildirib:

"Azərbaycan dövləti ilə 2 ildir əməkdaşlıq edirik. Bu zamana qədər millət vəkilləri, prezident İlham Əliyevin müşavirləri, cənab səfir gəlib. İnşaat işləri başa çatmaq üzrədir. Panoramik bir muzey yaradırıq. Ermənilər tərəfindən demək olar ki, yox edilən Xocalıda yaşananları anladan əsər və sənədlər burda sərgilənəcək. Ancaq muzeyin adını dəyişdirmək məcburiyyətində qaldıq.

Valilik bildirdi ki, soyqırım kəlməsini qanuni olaraq istifadə etməyəcək, çünki bu diplomatik problem yarada bilər. Bəlkə "qətliam muzeyi" adlandıra bilərik və yaxud başqa bir ad olacaq. Adla bağlı fikirləşirik. Xocalıda baş verənləri bütün dünya bilir".(aznews.az)

Tarix
2013.11.06 / 10:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla