Yuxarı

Oğru: "Pəncərəni belə açırlar" - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılan şəxslər Əhliman Atamov və Elmir Nəcəfovdur. Onlar Biləcəri qəsəbə sakini Ənvər Səfərovun evini qarət etdikdən sonra yaxalanıblar.

ARB TV xəbər verir ki, istintaq materiallarına görə, zərərçəkmişin evindən qızıl boyunbağı, bilərzik, üzük, bir cüt sırğa və 60 manat nəğd pul aparıblar. Ümumilikdə ekspertlər ev sahibinə dəymiş ziyanı 1130 manat məbləğində dəyərləndiriblər.

Saxlanılan şəxslər törətdikləri digər əməlləri də etiraf ediblər.

Elmir Nəcəfovun sözlərinə görə, o, evlərin qarşısında durub, ətrafa nəzər edib. Mənzillərə dostu Əhliman daxil olub: "Fəhlə işləyirdim İçərişəhərdə. Santexnik. Ehtiyacım olub, pulum olmayıb, işim dayanıb deyə, gedib eləmişəm".

Elmir Nəcəfovdan fərqli olaraq, Əhliman Atamov törətdikləri oğurluq hadisələrini tam təfərrüatı ilə açıqlayıb. Atamovun sözlərinə görə, qarət ediləcək mənzilləri o müəyyənləşdirib: "Mən orda olmuşamsa, mənlik olub. İndi babalları öz boyunlarına ki, kim mənsiz nəsə edib. Yəni, mən orda varamsa, mən etmişəm. Adətən 6-7-dən sonra, şər qarışanda. Camaat hələ işdə olur axı o vaxtı. Gəzirdim, görürdüm işıqsızdı, çox vaxt "reşotka"sızlara girirdim. Amma bir də görürdün ki, "reşotka"lı da olurdu. Baxırdım, asandırsa çıxartmaq, hə. Həm də "reşotka" elə bir şeydir ki, səs salır. Dəqiqləşdirirdim, qonum-qonşuya yaxın deyilsə, onda "reşotka"nı çıxarırdım. Olub belə şeylər".

Oğurluğa həftədə iki dəfə çıxdıqlarını deyən Əhlimanın sözlərinə görə, qarət etdiyi 30 mənzildən 7-8 min manat pul aparıb. Əldə edilən pulları dostları ilə kafedə xərcləyib. Atamov mənzillərdən oğurluq etməyi hərbi xidməti başa vurduqdan sonra tikinti şirkətlərinin birində çalışan zaman qərarlaşdırıb.

Yeni tikilən binalara plastik pəncərə qurraşdırmaqla məşğul olan Əhliman plastik pəncərələrin çöldən açılmasının qaydalarını da öyrənib: "Taxta pəncərə bir az çətindir. Amma plastik üçün dəmir qırığı, aftyorka və ya nazik bir şey götürüb, pəncərənin yuxarı və aşağı hissələrinə salıb bir balaca çəkirsən, vəssalam. Açıb girmişəm, götürüb çıxmışam".

Binəqədi Rayon Polis İdarəsində faktla bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Tarix
2016.11.05 / 21:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla