Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2017


Tələbələri ayağa qaldıran imtahan sisteminin iç üzü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar ali məktəblərdə tələbələrin etiraz aksiyaları kütləvi hal alıb. Əvvəlcə ADPU daha sonra Azərbaycan Universiteti baş tutan aksiyalarda tələbələr universitet rəhbərliyindən semestr imtahanlarının test üsulunda qalmasını tələb edirdilər. Baş tutan tələbə etirazlarının əsas səbəblərini aydınlaşdırmaq üçün təhsil eksperti Etibar Əliyevin fikirlərini öyrəndik.

Əslində sistem necə işləyir?

- Müəllim mühazirə deyir, lakin imtahan vaxtı kənarlaşdırılır, başqası gəlir bir kompüter sistemi yaradır və onun vasitəsi ilə tələbələrdən imtahan götürür. Bütün semestr boyu müəllim tələbəni kurikulum, gündəlik qiymətləndirmə, dərsdə davranış, dərsə davamiyyət vasitələri ilə dəyərləndirir. Sonra kiçik bir bal hissəsi qalır ki, həlledici rol oynayır bunu isə yuxarıda yazılanlardan xəbəri olmayan başqa biri - yəni imtahanı götürən həyata keçirir. Nəticədə də bu çox ciddi narazıçılıqlara səbəb olur.
Rektorlar öyünür ki, o, test üsulu ilə imtahan keçirir. Lakin sorğu keçirsəz, monitorinq aparsaz görərsiniz ki, ümumiyyətlə, ali məktəblərdən xaric olan yoxdur.

Bəs səbəb nədir?

- Birincisi nə qədər tələbə fənni mənimsəyir? Onların qiymətləndirilməsi necədir?
Bir qrupda 20-30% tələbə qeyri kafi alır, digər yerdə imtahanda necə 4-5-lə qiymətləndirilirlər?
Bu, sistemin qüsurudur. İmtahanların bir qismi yazılı keçirilir, bir qismi isə test üsulu ilə. Diqqət yetirsəz görərsiniz ki, bu gün bizim tələbələr danışa, fikir ifadə edə, predmet haqqında fikir yürüdə bilmirlər. Bunun əsas səbəblərindən biri də test üsuludur. Yəni heç vaxt məktəb və ali məktəblərdə tarix, riyaziyyat, sosiologiya "bəli"-"xeyr"lə cavablandırıla bilməz, bu izah olunmalıdır. Onlar esselər yazmalı və onları danışmalıdırlar. Bu üsulları tədbiq etməklə mütəxəssislər yetişdirilməlidir.

Məsələn:

"Turizm" deyilən bir ali məktəbin tələbəsinin 70%-i diplom ala bilmir. Bu nə imtahan sistemidir? Bunlar sistemi hardan götürüb? Nəyə görə tələbə cavab verə bilmir? Bunun günahı tək tələbədədir mi?
Xeyr, burda müəllimin də, ali məktəb rəhbərliyinin və administrasiyanın da günahı var. Ona görə mən hesab edirəm ki, tələbələrin bilik qazanmasına və onun düzgün qiymətləndirilməsinə xidmət edən bir vahid imtahan forması müəyyənləşməlidir.

Qeyd

Azərbaycan ali məktəbləri 2005-ci ildən baloniya sisteminə qoşulub. Bu sistemdə isə bu şəkildə imtahanın keçirilmə proseduru yoxdur. Əgər Azərbaycan baloniya, kredit sisteminə qoşulubsa, təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün addımlar atılırsa, baloniya sistemi birmənalı şəkildə deyir ki, müəllim özü öz tələbələrini imtahan etməli, müəllimin dərs yükünə elmi istiqamətdə işlər daxil olmalı və imtahanı özü seçib formalaşdırmalıdır.

Şikayətlərə əsil səbəb nədir?

Tələbələrin şikayəti xeyli sayda tələbənin əlaçılıqdan və prezident təqaüdündən bu üsulla süni şəkildə salınmasından irəli gəlir. Deməli, bu üsul müsbət məsələlərə xidmət etmir. O ki qaldı test üsuluna: məktəbdə, buraxılış imtahanlarında, qəbul imtahanlarında test. Hər yerdə testdir. Ancaq tələbə ya praktikada, ya da imtahan keçirilən zaman biliyini nümayiş etdirməlidir. Ona görə də bu qarışıq sistemdə - konkret olaraq pedoqoji universitetdə yaranan bu etirazlar obyektiv etirazlardır. Onların qiymətləri kəsilir və tələbələr hesab edir ki, bu, süni maneədir və oxuduqları ali məktəblər istəmir ki, onlar əlavə təqaüdlə təmin olunsunlar.

Tarix
2013.11.06 / 19:46
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
loading...
Digər xəbərlər

Millət vəkili AŞPA-da məruzəçi təyin edildi

Poliqonlarda ən yaxşı komandirlər seçilir - Yarış

Sürücülərə xəbərdarlıq: Sabah bu yol bağlanır

Nazir yeni müşavir təyin etdi

Eldar Mahmudovun qohumu şikayət verdi

Türklərin ən böyük 7 hökmdarı - Axar TV

Millət vəkili türkman rəhbəri Bakıya dəvət etdi

Bu nazirliyin bir neçə strukturu birləşdirilir

Spivak azərbaycanlıların İsraildəki gücünü açıqladı

Ticarətin təhlükəsiz və asan həyata keçirilməsi... – Təlim

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla