Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Fevral 2018


Tovuzda müdhiş olay: qızı qaçırdılar; polis cinayətkarla anlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda Ramiz Qələndərov adlı şəxsin qızını zorla qaçırıblar.

Amma o, qızını geri ala bilmir. Bu barədə "Aznews.az"a rayondan məlumat verilib. Məlumatda qızın adının Gülnarə olduğu, yetkinlik yaşına çatsa da, istəmədiyi adam tərəfindən qaçırıldığı deyilir. Qaçıran şəxsin isə Elvin adlı Tovuz şəhər sakini olduğu bildirilir.

Mənbə bildirir ki, qızı qaçıran şəxsin yeri bilinsə də, polis məsələni həll etmir: "Polislə anlaşıblar. Qızın qışqırığını bütün qonşular eşidir. Amma polis onu azad etmir. Deyillər ki, bir-iki gün qalandan sonra sakitləşəcək".

Faktı Tovuz rayon Polis Şöbəsi təsdiqləyib. Tovuz RPŞ-nin müstəntiqi Namiq Kazımov bildirib ki, fakt üzrə müvafiq tədbirlər görülüb. Qaçırılan qızın da ifadəsi alınıb və o öz ifadəsində polisə bildirib ki, qaçırılması könüllü olub: "Dünən axşam getdik. Qız bizə yenə könüllü getdiyini dedi. Anası da bizimlə idi. Problemi ailə şəraitində deməyə çəkinəcəyi ehtimalını nəzərə alaraq, biz qızı bu gün Polis Şöbəsinə dəvət etmişik. Burada yenidən söhbət edəcəyik. Qərarı isə bundan sonra verəcəyik".

Qeyd edək ki, qız qaçırılması ölkədə insan oğurluğu kimi qiymətləndirilir və əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur. Sadə oğurluqdursa, 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Əgər yetkinlik yaşına çatmamış şəxsi iki və daha çox şəxsi oğurlayıbsa və yaxud da xəsarət yetirərək, hədə-qorxu gələrək oğurlayıbsa, ağırlaşdırıcı hallarda bu əməllər tövsif olunur. Buna görə də 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Yəni burada subyekt elə də əhəmiyyət kəsb etmir.

Tarix
2013.11.07 / 15:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda əməliyyat: İranlı tiryəki görün harada gizlədib – Video

Marketlərdə dərman satıla bilərmi?

Avtobusla maşın belə toqquşdu - Video

Yolları kabusa çevirən sürücülər...

Müharibədə ölən azərbaycanlının məzarı tapıldı - Fotolar

Şəmkirdə 98 hərbi sursat aşkarlandı - Foto

Millət vəkili tələbələrə dəstək istədi - Görüş

Təhsil Nazirliyində yeni rəhbər seçildi

Artur Rasizadə bu nazirliyin tərkibini dəyişdirdi

Lotu Qulini təhqir edən şəxsi güllələdilər - Video/18+

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla