Yuxarı

Deputat Etibar Hüseynov mülk üstündə dava saldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin üzvü Etibar Hüseynov dünən Azadlıq prospekti-88 ünvanında (ABŞ səfirliyinin yaxınlığı) dava-dalaş salıb. Şahidlərin verdiyi məlumata görə, əsəbiləşən deputat mübahisə etdiyi şəxsi kobud sözlərlə təhqir etməkdən çəkinməyib və bina sakinlərinin onu tanıyacağına da əhəmiyyət verməyib. Əksinə, həmin binada yaşayan və bu cür kobud sözlərə görə deputata irad tutan sakinləri də təhqir edib.

Mübahisə isə Rauf adlı şəxslə aralarında yaranan anlaşılmazlıqdan sonra başlayıb. Redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, Azadlıq prospekti-88 ünvanında yaşayan Raufu öldürəcəyi ilə hədələyən deputat yalnız sakinlərin sərt təpkisindən sonra söyüşlərinə ara verib və ərazidən uzaqlaşıb.

Bu təzyiqlər "Sitatın sonu"na görədir

Əldə etdiyimiz informasiyanı dəqiqləşdirmək üçün Etibar Hüseynovla əlaqə yaratdıq. Millət vəkili saytımıza açıqlamasında yayılan məlumatı şayiə adlandıraraq, haqqında gəzən söz-söhbətləri müəllifi olduğu "Sitatın sonu" verlişi ilə əlaqələndirdi: "Boş söhbətlərdir. "Facebook"da yayılıb ki, guya əvvəl söymüşəm, döymüşəm… Daha da irəli gedib deyirlər ki, bıçaqlamışan, havaya güllə atmışam. Yəni qeyri-ciddi söhbətdir. Xahiş edirəm, belə qeyri-ciddi söhbətlərə vaxt itirməyin. Hər dəfə ortaya bir şey buraxırlar ki, mənə ziyan vursunlar. Mən "Sitatın sonu" başlayanda demişdim ki, hər verlişdən sonra mənə qarşı hücumlar, şayiələr, təhqirlər olacaq. Ehtimallarım yavaş-yavaş özünü doğruldur".

Biz mübahisə etmişik

Sakinlərdən aldığımız, amma hörmətli millət vəkilinin təkzib etdiyi xəbəri yerindəcə öyrənmək üçün sözügedən ünvana yollandıq və Etibar Hüseynovla mübahisədə adı hallanan Rauf adlı şəxsi tapdıq. Rauf Qubadov millət vəkili ilə aralarında yaranmış münaqişəni təstiqlədi:

"Etibar Hüseynovla aramzıda mübahisə olub və o, məni nalayiq söyüşlərlə təhqir edib. Aramızda yaranan münaqişəyə səbəb isə təqribən bir il bundan qabaq Xırdalanda ona satdığım ev olub. Evi onu satanda təqribən 1 sot torpağı özüm üçün saxlamışdım, yəni onu satmaq fikrim yox idi. Etibar Hüseynovla aramızda ilk anlaşılmazlıq isə satdığım evi yenidən hasara alanda oldu. O, qəsdən mənim özüm üçün ayırdığım 1 sot torpağı zəbt etməyə başladı. Mən də bunun qarşılığında məcbur olub ona məxsus torpağı zəbt etdim. Daha sonra məsələ aydınlaşdı və aramızda problem olmadı. Bundan sonra Etibar Hüseynov özüm üçün saxladığım 1 sot torpağı da almaq istədiyini dedi və mən razılaşdım. Amma o, həmin torpağa bazar qiymətindən on dəfə az pul verəcəyini dedi. Təbii ki, razılaşmadım. Bir müddət sonra şəxsi mülküm hesab olunan torpaq sahəsində iş qurmaq qərarına gəldim, amma Etibar Hüseynov mənə xəbər göndərdi ki, orda heç nə edə bilməzsən, imkan vermərəm".

Millət vəkili tərəfindən təhdid və təhqirlərə məruz qaldığını iddia edən vətəndaş mübahisəyə də toxundu:

"Etibar Hüseynov zəng elədi, növbəti dəfə məni təhdid etməyə başladı. Əlbəttə ki, onun təhdid dolu təhqirlərini cavabsız qoya bilməzdim. Bundan sonra o, hazırda yaşadığım Azadliq prospekti-88 ünvanına gəldi, məni həyətə çağırdı. Həyətdə məni təhqir etməyə başladı. Hətta Etibar Hüseynovun işlətdiyi təhqirləri eşidən sakinlər də ona sərt etirazlarını bildirdilər".

Tarix
2013.09.11 / 10:16
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla