Yuxarı

AST Telmanın qardaşı nə zaman həbs edilib - 2 qətl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:24

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı milyarder Telman İsmayılovun qardaşını həbs edib.

Axar.az xəbər verir ki, Rafiq İsmayılov 2016-cı ilin mayında iki sahibkarın qətlində günahlandırılır.

Rusiya İstintaq Komitəsinin əməkdaşları bildiriblər ki, R.İsmayılov iki nəfərin ölümündə bilavasitə iştirak edib.

Onun iki sahibkarı öldürən Mehman Kərimovu müşayiət etdiyi iddia olunub.

"Cinayətkarlar əvvəlcə sahibkarlar – Vladimir Savkin və Yuri Brilyovla yanacaqdoldurma məntəqəsində görüşüblər. Biznesmenlərin gəlməsindən bir neçə dəqiqə əvvəl yanacaqdoldurma məntəqəsinə Telman İsmayılovun qohumu Raula məxsus "Mersedes" gəlib. Avtomobildə killer Mehman Kərimovla birgə Rafiq İsmayılov da olub. Bu, müşahidə kamerasında da qeydə alınıb", - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

İstintaq müəyyən edib ki, biznesmenlərlə Kərimov söhbət edib, İsmayılov isə maşında qalıb. Daha sonra biznesmenlər avtomobillərinə əyləşərək yola düşüblər. Saat 22:40-da Novorijsk şosesinin 30-cu kilometrliyində içində başlarından güllələnən Vladimir Savkin və Yuri Brilyovun olduğu avtomobil tapılıb. Bundan sonra Mehman Kərimov həbs olunub. O, istintaqa verdiyi ifadəsində cinayəti öz üzərinə götürüb.

Araşdırmalardan sonra məlum olub ki, Kərimov sahibkarların ölümündən əvvəl İsmayılovla bir neçə dəfə zəngləşib.

"Life.ru" saytı bildirib ki, Rafiq İsmayılovla Savkin arasında münaqişə olub. Onların Moskvada şərikli iri biznesi olub, lakin İsmayılov satışdan sonra pulların hamısını özünə götürüb.

"Savkinə bir neçə milyon dollar verməli idi və o da pulunu qaytarmaq istəyirdi. Mehman Kərimov bu münaqişədə vasitəçi rolunu oynayıb və qurbanlarla görüşə münaqişəni həll edəcək şəxs qismində gəlib", - sayt yazıb.

Məhkəmə İsmayılovun həbsi barədə qərar çıxarıb. Lakin saxlanılan şəxs günahkar olmadığını iddia edir. O, bildirib ki, Kərimov biznesmenlərlə danışıq aparan zaman maşında olub.

***

İş adamı Telman İsmayılovun qardaşı Rafiq İsmayılov iki ay əvvəl Moskva ətrafında həbs olunub.

APA-nın məlumatına görə, bunu Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi rəhbərinin baş köməkçisi Yelena Fokina deyib.

O bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma gedir.

"Mövzunun niyə məhz indi aktuallaşdığını anlamıram", - deyə o vurğulayıb.

Qeyd edək ki, R. İsmayılov iki iş adamının qətlində günahkar bilinir. Rusiya İstintaq Komitəsinin əməkdaşları hesab edir ki, onun bu ilin mayında baş vermiş iki cinayətdə bilavasitə iştirakı var.

Tarix
2016.11.21 / 15:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla