Yuxarı

Gömrükdə əməliyyat: Aksiz markasız siqaretlər tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib.

DGK-dən Axar.az-a verilən məlumatda bildirilir ki, Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olmuşdur. Baş idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaş Məmmədov Kamran Akif oğlunun idarə etdiyi "VAZ-21099" markalı, "10-UG-789" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkət edərkən saxlanılmışdır. Nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən və salonundan Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Xosrov Əhməd oğluna məxsus 6 ədəd karton yeşiyin içərisinə yığılmış Belarus Respublikasının istehsalı olan külli miqdarda aksiz markasız "NZ" siqaretləri aşkar edilərək götürülmüşdür.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.11.21 / 11:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla