Yuxarı

Avtobus sürücüləri hər gün müayinə olunacaqlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai nəqliyyatda çalışan sürücülər hər gün tibbi müayinədən keçməlidirlər. Çünki emosional, gərgin vəziyyətdə sükan arxasında əyləşən sürücü artıq potensial qəza törədicisidir.

Virtualaz.org saytı xəbər verir ki, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Baş həkim bildirib ki, Nazirlər Kabineti yanında komissiya yaradılıb. "Nəqliyyat Departamentinin nümayəndələri və yol polisləri baş vermis yol qəzalarının qarşısını almaq istiqamətində iş aparırlar. Sürücülərin sağlmlığı nəzarətdə olmalıdır. İctimai nəqliyyat sürücülərinin hər gün tibbi müayinədən keçirilmələri ilə bağlı təkliflər verilib və yaxın gələcəkdə bu təkliflərə baxılacaq. Əvvəllər də ictimai nəqliyyatda çalışan sürücülər hər gün tibbi müayinədən keçirdilər", - deyə R.Nağıyev əlavə edib.

Təcili yardım maşınlarının sürücüləri hər gün tibbi müayinədən keçirilirlər. R.Nağıyev söyləyib ki, buna görə də təcili yardım maşınlarının iştirakı ilə qəzalar çox nadir hallarda qeydə alınır: "Baş verən az sayda qəzaların da bizim sürücülər deyil, digər avtomobil sürücüləri tərəfindən törədildiyi bəlli olur. Tibbi müayinələrin aparılmasının effektliyi öz nəticəsini göstərir".

Tarix
2016.11.21 / 21:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla