Yuxarı

Gəncədə 33 yaşlı rəis müavini bıçaqlandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə ötən gün bıçaqlanma faktı qeydə alınıb.

Axar.az ARB TV-yə istinadən xəbər verir ki, Gəncə Lokomotiv Deposunun rəis müavini 33 yaşlı Sabit Qasımov bıçaqlanıb.

O, sol budun arxa tərəfinin üçdə bir hissəsinin kəsilmiş deşilmiş yarası ilə Gəncə Dəmiryolu Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətinin normal olduğunu bildirirlər.

Sabit Qasımovun sözlərinə görə, Gəncə Lokomativ Deposunda çilingər işləyən, qonşusu 34 yaşlı Rəşad Allahverdiyev tərəfindən münaqişə zəminində bıçaqlanıb. Qasımov iş yoldaşlarının köməyi ilə xəstəxanaya gətirilib:

"İdarəmizin həyətinə daxil olmuşdum. 20 metr idi getmişdim, məni gördü başında papaq qaçdı üstümə. Mənim də əlimdə heç nə yox idi. O, bir ay yarım əvvəl işə gəlməmişdi. Birinci dəfə deyildi, dəfələrlə işə gəlmirdi. Buna akt tərtib elədik ki, niyə işə gəlmirsən? Bu da qapı bir qonşumdu, yaxın münasibətdə olduğum adamdı. Söhbət ondan gedir ki, nəyə görə mənim aktıma qol çəkirsən".

İlkin məlumata görə, Rəşad Allahverdiyev Sabit Qasımovun qardaşı Cabirlə münaqişə zamanı xəsarət alıb.

Qeyd edək ki, Rəşad Allahverdiyev də ötən gün döyülmə xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Ona alının əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. O da ifadəsi zamanı qonşuları tərəfindən hücuma məruz qaldığını bildirib.

Tarix
2016.11.22 / 15:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla