Yuxarı

Bakıda kütləvi dava: Polis mayoru bıçaqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:03

Bakıda kafedə oğurluq etmək istəyən şəxslər polis mayorunu bıçaqlayıb.

Repot-un məlumatına görə, hadisə ötən gecə Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafedə baş verib.

Belə ki, 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşib.

Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmov qadınlardan birinə məxsus telefonu oğurlayaraq qaçmaq istəyib. Bunu görən N.Abdullayev onun arxasınca qaçıb və iaşə obyektinin çıxışında Ə.Məhərrəmovun qolundan tutub. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb. Ə.Məhərrəmovun küçədə gözləyən hələlik adı bilinməyən tanışı da davayaqoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Nəticədə Ə.Məhərrəmov və adı istintaqa məlum olmayan şəxs bıçaq çıxararaq N.Abdullayevə, A.Cəbrayılova və K.Məsimova bıçaq xəsarətləri yetirərək ərazidən qaçıblar.

Ağır xəsarət alan hər üç şəxs "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. N.Abdullayev və A.Cəbrayılovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində cinayət işi başlanılıb. Araşdırmalar zamanı Ə.Məhərrəmov saxlanılıb. Digər şəxsin axtarışlarına başlanılıb.

Qeyd edək ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir. Hadisə vaxtı o xidmətdə olub.

Tarix
2016.11.23 / 13:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla