Yuxarı

Etibar Hüseynov mülk aldığı şəxsi polisə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Etibar Hüseynov son günlər mətbuatda haqqında gedən yazılara münasibət bildirib. O, şəxsi Feysbuk səhifəsində adının qalmaqalda hallanmasının müəllifi olduğu "Sitatın sonu" verlişi ilə əlaqələndirib:

"Veriliş efirə çıxanda da söylədim ki, indən belə qarşı tərəf də öz şər-böhtan maşınını işə salacaq. Elə də oldu. Az qala elə bir həftə olmur ki, mətbuatda bu qəbildən şər-böhtanlar yazılmasın. Bir çoxlarına əhəmiyyət vermirəm. Bəzilərinə reaksiya vermək məcburiyyətindəyəm. Dostlar, artıq neçə gündür ki, Rauf Qubadov adlı birisi Fb-də haqqımda olmazın təhqir və böhtan dolu statuslar yazır. Guya ki, onun əmlakını zorla mənimsəmişəm. Neçə müddətdən bəridir ki, ölümlə hədələyirəm. Guya ki, bu "yazığı" söymüşəm, döymüşəm, üstünə bıçaq çəkmişəm, silahla havaya güllə atmışam – özü də harada-harada?.. Amerika səfirliyinin qarşısında. Çox təəsüflər olsun ki, bir çox saytlar da bu cəfəngiyyatı araşdırmadan, böyük səxavətlə paylaşırlar. Heç kəs də bu "köməksiz yazıqdan" soruşmur ki, ay ADAM, əgər əmlakın zorla mənimsənilibsə, dəfələrlə söyülüb, döyülüb, təhqir olunub, ölümlə hədələnibsənsə, nədən polisə, məhkəməyə deyil, "Facebook"a üz tutubsan. Bu sualı ondan soruşan olacaqmı görəsən?"

Millət vəkili onu ittiham edən Rauf Qubadov haqda da ilginc məlumatlar açıqlayıb: "Dünən bu şəxs haqda ölçü götürülməsiylə bağlı polisə ərizə verdim. Və elə buradaca Rauf Qubadovun kifayət qədər "populyar" birisi olması aydın oldu. İndi diqqət yetirin: Adam 47 illik həyatı boyu heç harada işləməyib. Yalnız bir neçə il Rusiya bazarlarında xırda ticarətlə məşğul olub. Tüfeyli həyat tərzi keçirir. 2 dəfə ailə həyatı qurub və hər ikisindən də 2 uşaqla ayrılıb. Evini, əmlakını satıb. Nə ilə dolanması məlum deyil. Hal-hazırda Salyan kazarmasında işləyən yeznəsinin evində yaşayır. (Ad və rütbəsini bilərəkdən yazmıram). İşi-peşəsi ona-buna böhtan atıb şantaj etməkdən ibarətdir. Hətta bir neçə il bundan əvvəl bələdiyyədə işləyən doğma qardaşını belə şərləyərək tutdurmaq istəyib (onun da adını və iş yerini bilərəkdən yazmıram). Bu barədə istintaq araşdırmaları polisdə durur. Və daha nələr... nələr. Ona görə də polis işçiləri yanımdaca dəfələrlə zəng edib onu izahat verməyə dəvət etsələr də, "Gəlməyəcəyəm. Prezident Aparatına gedəcəyəm. "102"-yə zəng edəcəm və s. bu kimi hədə-qorxu gəldi. İndi gizlənir. Amma xeyri yoxdu, tapılacaq".

Son olaraq Etibar Hüseynov Rauf Qubadovun təlimatlandırıldığını iddia edib. Millət vəkili sifarişçinin tezliklə ortaya çıxacağını da bildirib:

"Və bir məqama da toxunmaq istərdim. Dünən saytlarda yayılan müsahibəsində Qubadov deyib ki , bəs "Etibar Hüseynov mənim əmlakımı zorla mənimsədiyinə görə, mən də ona məxsus ərazini mənimsəmişəm". Mənimsəyibsə, deməli, ərazi var və ondadır. İndi mən də deyirəm - əgər həqiqətən varsa və ondadırsa, göstərsin sizlərə, elə sizin yanınızdaca heç bir bəhanə, şərt gətirmədən ona bağışlamayan heç kişi deyil. Yox, əgər bu da başda olmaqla bütün dediklərini sübut edə bilməsə, qanun qarşısında cavab verməli olacaq. Rauf Qubadovun kim tərəfindən öyrədilib ortaya atılmasını dəqiq bilirəm. Ad çəkmirəm. Zatən hamınız tanıyırsız. Və tezliklə özü ortaya çıxacaq. Bu qədər. Elə bilirəm ki, mövzuya kifayət qədər aydınlıq gətirdim. Ona görə də hörmətli həmkarlarımın cavab haqqımı tanıması ümidiylə bu mövzunu qapadıram. Diqqətinizə görə təşəkkürlər".

"Axar.az" saytı olaraq bizi maraqlandıran bəzi məqamlara aydınlıq gətirmək üçün hörmətli millət vəkili Etibar Hüseynovla əlaqə saxladıq. Millət vəkilinə ilk sualımız Rauf Qubadovla hər hansı bir mülk alış-verişinin olub-olmadığı haqda idi. Təəssüf ki, Etibar Hüseynov suala cavab verməkdən yayındı və məsələnin onunçün qapandığını bildirdi.

Millət vəkili mediadakı həmkarlarına etiraz da ünvanladı: "Siz qeyri-ciddi insanın barəmdə cəfəngiyyat səsləndirməsinə şərait yaradırsınız. Orda bir peşəkar jurnalist ondan soruşa bilmirdi ki, təhqir olunub, döyülübsə, niyə polisə yox, feysbuka üz tutur?"

Yasamal rayonundan deputat olan Etibar Hüseynov Xirdalanda hər hansı bir əmlakının olub-olmaması haqda sualmızı isə cavabsız qoydu.

Hörmətli Etibar Hüseynovun nəzərinə çatdırırq ki, 11.10.2013-cu il tarixində "Axar.az" saytına istinadən xəbər portallarında "Etibar Hüseynov mülk üstündə dava saldı" başlıqlı yazı gedib. Həmin yazıda jurnalistika prinsiplərinə uyğun olaraq hər iki tərəfin mövqeyi dərc edilib və heç bir qeyri-peşəkarlığa yol verilməyib. Etibar Hüseynovun peşəkar jurnalist məntiqi isə anlaşılmazdır. Biz əvvəlcə hörmətli deputatın münasibətini öyrənmişik və Etibar Hüseynov dava-dalaşı birmənalı olaraq təkzib edib. Rauf Qubadov isə hadisə ilə bağlı müxbirimizə verdiyi açıqlamada ona qarşı Etibar Hüseynovun təzyiq etdiyini açıqlayıb. Yalnız bundan sonar Etibar Hüseynov sosial şəbəkədə status yazmaqla, belə bir şəxsin mövcudluğundan xəbərdar olduğunu təsdiqləyib.

Etibar Hüseynovun Xırdalanda şəxsi mülkünün doğrudan da olub-olmamasını isə araşdırmağa çalışırıq.

Tarix
2013.10.12 / 17:24
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla