Yuxarı

“Ulduz” fabriki şahzadənin sərgisində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ulduz" şokolad fabriki Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunmuş "FOODEX SAUDİ 2016" Beynəlxalq Qida sərgisində iştirak edir.

Axar.az xəbər verir ki, noyabrın 24-nə qədər davam edəcək "FOODEX SAUDİ 2016" Beynəlxalq Qida sərgisində ümumilikdə dünyanın 32 ölkəsindən 200-dən çox fabrikin 450 brendi var.

Səudiyyə Ərəbistanının şahzadəsi Fahat Bin Muqrin Bin Abdul Əziz tərəfindən təşkil olunan beynəlxalq sərgidə Kanada, İspaniya, İtaliya, Yunanıstan, Türkiyə, Portuqaliya, Peru, Ukrayna, Yaponiya, Çin, Misir, Fələstin, Pakistan, Tailand, Mərakeş, Şri-Lanka və digər ölkələrin tanınmış brendləri iştirak edir.

Beynəlxalq sərgidə ölkəmizi "Made in Azerbaijan" adı altında yalnız "Ulduz" şokolad fabriki təmsil edir. Fabrik özünün beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Qeyd edək ki, 5 oktyabr 2016-ci il tarixində Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev "Made in Azerbaijan" brendi ilə bağlı fərman imzalayıb.

Tarix
2016.11.23 / 14:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla