Yuxarı

Bakıda satılan saxta Çin yumurtası belə hazırlanır – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda saxta Çin yumurtalarının satışı barədə xəbərlər yenidən bu yumurtanın hazırlanma qaydasını gündəmə gətirib.

Axar.az xatırladır ki, insan orqanizminə zərərli olan maddələrdən təşkil edilən bu yumurtanın hazırlanması prosesi 2013-cü ildə başa çatıb. Həmin zaman dünya mediasının gündəmini zəbt edən bu saxta yumurtanın ixrac edilməyəcəyi bildirilsə də, hazırkı mənzərə bunun real olmadığını göstərdi. Təbii yumurtadan maya dəyərinə görə qat-qat ucuz olan bu saxta yumurtalar işbazların tez varlanmaq həvəsini gücləndirdiyindən, bu məhsul artıq Çindən xaricə də ayaq açmaqdadır.

Saxta yumurta görünüş baxımdan toyuq yumurtasından fərqlənmir - əvvəlcə yumurtanın sarısı hazırlanır. Kimyəvi qarışıq piqmentlərlə sarı rəngə boyanır, xüsusi forma verilir. Sonra bu qarışıq kaliuma salınır və onun ətrafında nazik qoruyucu təbəqə formalaşdırılır. Hazırlanmış məhlul bir neçə dəfə parafin, gips və kalium tozundan hazırlanmış məhlula (qabığa) salınır. Qurudulur və beləliklər süni yumurta hazır olur.

Tək yeyildiyi halda bu yumurtalar dadsız olur, digər yeməklərə vurulduqda isə onun süni olduğu bilinmir. Sındırılıb qabda saxlanarkən saxta yumurtanın sarısı ilə ağı qarışdıqda rəngi açıq olur (çünki saxta yumurtanın sarısı və ağı eyni maddədən hazırlanır), təbii yumurtada isə sarı rəng ağ rəngi üstələyir.

Bişirilib saxlanılarkən də təbii yumurtanın sarısı bir müddətdən sonra göyə çalır, saxta yumurtada isə yumurta sarısı əvvəlki parlaqlığını saxlayır.

Bir neçə xarici ölkədə alıcıların fərqləndirməsi üçün həddən artıq parlaq qabıqlı və ucuz yumurtadan uzaq olmaları məsləhət görülür. Ancaq bu şərtlər təəssüf ki, Azərbaycanın bəzi işbaz alverçiləri üçün keçərli deyil. Onlar yumurta şəffaflığını aradan qaldıra, alıcını aldatmaq üçün saxta yumurtanı daha baha qiymətə təklif edə, hətta toyuq tullantıları ilə saxta yumurtanın qabığını çirkləndirməklə, onu "kənd yumurtası" adına sata bilərlər.

Ona görə də alıcılardan xüsusi ehtiyatlılıq tələb olunur.

Tarix
2016.11.24 / 11:36
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla