Yuxarı

Ana dilini qadağan edən direktor danışdı: Lyuboy məktəbdə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq şairi, Azərbaycan Dil Qurumunun başqanı Sabir Rüstəmxanlıya Bakıdakı Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktoru Almaz Əhmədovanın məktəb daxilində rus dilində danışması, tədbirləri rus dilində təşkil etməsi haqda müraciətlər edilib.

Axar.az xəbər verir ki, müraciətdə məktəbin direktoru Almaz Əhmədovanın yığıncaqlarda, tədbirlərdə çıxışçılardan rusca danışmağı tələb etməsi, hətta bu tədbirlərin yalnız rusca aparılmalı olduğunu elan etməsi iddiası yer alıb. Valideynləri isə ana dili ilə bağlı tədbirin belə rusca aparılması ciddi narahat edib.

Mövzunu sosial şəbəkədə ictimailəşdirən Sabir Rüstəmxanlı Mədəniyyət Nazirliyinin sözügedən problemi araşdıracağına ümid etdiyini vurğulayıb.

Məsələ ilə əlaqədar Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktoru Almaz Əhmədova ilə əlaqə saxladıq. Mövzunun mahiyyətinə uyğun olaraq, Almaz xanımın açıqlamasını olduğu kimi dərc edirik ki, oxucuda məktəb direktorunun dil mənsubiyyəti və nitqi haqqında təsəvvür formalaşsın:

"Bizdə məktəb ikidillidir. Bütün bizim tədbirlərimiz Azərbaycan dilində keçirilir. Çünki dövlət dilimiz Azərbaycan dilidir. Sadəcə, hər məktəbdə olan kimi, rus sektoru da var, az sektoru da var. Yalnız rus sektorunda dərslər rusca keçirilir, belə də olmalıdır. Müəllim azsektorda azərbaycanca, russektorda rusca dərs keçir. Lyuboy məktəbdə belədir də.

Mən çox Azərbaycan dilində danışıram, çünki lyuboy kim bura gəlib... Bütün mənim əmrlərim, bütün mənim kitablarım hamısı azərbaycanca yazılıb burda, mən necə danışım? Ancaq görürəm ki, alınmır azərbaycanca danışmaq, mən keçirəm rus dilinə. Amma bizim dövlət dilimiz... bizim bütün kitablarımız, bizim bütün Əmək Məcəllə də mənim əlimdə həmişə burda Azərbaycan dilindədir. Hər şey Azərbaycan dilindədir. Bizim əsasnamələrimiz hamısı Azərbaycan dilindədir. Mən əlbəttə ki, Azərbaycan dilində danışıram..."

Məktəb direktoru bizimlə danışığında rus sözlərindən çox istifadə etməsinə və Azərbaycan dilində özünüifadə çətinliyinə də aydınlıq gətirib:

"Çünki özüm rus sektorunu qurtarmışam. Deyirsiniz ki, danışığımda rus sözlərindən istifadə edirəm. Siz açın Azərbaycan kanallarına baxın, görün orda Azərbaycan dilində danışırlar, heç orda qrammatik səhvlər nə qədər buraxırlar. Gəlin ordan başlayaq bu düzəlişləri eləməyə, sonra mənə deyin ki, "lyuboy" sözü, "daje" sözü istifadə etməyim".

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən isə mövzunun araşdırılacağı və yalnız bundan sonra açıqlama veriləcəyi bildirildi.

Tarix
2016.11.24 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla